Üç güləşçimiz AÇ-nın finalında
Serbiyanın Novi-Sad şəhərində 20 yaşlı gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da qatıldığı Avropa çempionatı artıq başa çatmaq üzrədir. Çempionatın bu günə təsadüf edən 6-cı günü daha 5 sərbəst güləşçimiz mübarizəyə qatılıb. Beşliyimizdən Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) uğurla çıxış edərək yarışların finalına yüksəlib. Bu isə onların hamısının ən pis halda gümüş medalı özlərinə təmin etməsi deməkdir. Hər 3 güləşçimiz sabah qızıl medal uğrunda mübarizəni davam etdirəcək.
Bu gün mübarizəyə qoşulan daha təmsilçimiz - Yusif Dursunov (125 kq) və Əhməd Əhmədli (74 kq) mübarizəni erkən dayandırıb. Dursunov ikinci, Əhmədli isə start görüşündə məğlubiyyətlə üzləşib.
Yeri gəlmişkən, dünən mübarizyə qatılan beşliyimizdən ikisi - Vasif Bağırovla (57 kq), Xetaq Karsanov (97 kq) bu gün axşam saatlarında çempionluq uğrunda həlledici final görüşünə çıxacaq.
Xatırladaq ki, çempionatda yunan-Roma və qadın güləşi başa çatandan sonra Azərbaycaninm aktivinə 5 (1-1-3) medal yazılıb. Medallardan yeganə qızıl qızlardan ibarət U-20-nin, 1 gümüş və 3 bürünc isə klassiklərin payına düşüb.
Sərbəst güləşçilərimiz isə ən pis halda çempionatı 5 gümüş medalla başa vuracaqlar. Amma sabahki final görüşlərinin nəticəsindən asılı olaraq medalların əyarrları qızıl da ola bilər. Bunun üçünsə finalçılarımıza qələbə lazımdır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.