Basketbolçu qızlardan ibarət U-16 yığmamız Avropa birinciliyinə yollanıb
26 iyundan Kiprdə hazırlıqların ikinci mərhələsinə başlayan qızlardan ibarət U-16 və U-18 yığmalarımız, 2 iyuldan etibarən təlim-məşq toplanışının növbəti hissəsini Türkiyədə davam etdiriblər. Qeyd edək ki, məşqçi Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, bu zaman ərzində, taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunlarında da iştirak ediblər və bu yoxlama oyunlarından 5 qələbə, 1 məğlubiyyət ilə ayrılıblar. Yoxlama oyunlarında qeydə alınmış nəticələr belədir:
AZƏRBAYCAN U-18 - "Kastamonu ARD" U-18 (84-65)
AZƏRBAYCAN U-16 - "Karabük" U-18 (93-74)
AZƏRBAYCAN U-18 - Kipr U-18 (62-72)
AZƏRBAYCAN U-18 - Kipr U-16 oğlan (57-56)
AZƏRBAYCAN U-16 - "Kastamonu" U-16 (78-54)
AZƏRBAYCAN U-18 - "Kastamonu Yursum" U-16 (91-68)
Həm Kipr, həm də Türkiyə təlim-məşq toplanışı yığmalarımız üçün qarşıdakı Avropa birinciliyinə hazırlıq xarakteri daşyıb. Yeri gəlmişkən, U-16 yığmamız artıq Avropa birinciyinin keçiriləcəyi məkana yollanıb. Yarşılar 9-14 iyul günlərində Cəbəllütariqdə baş tutacaq. Onu da qeyd edək ki, 16 yaşlı qızlarımız Avropa çempionatının "C" divizionunda oynayacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.