Azərbaycan voleybolçuları Türkiyə turnirində uğurla çıxış edirlər
Türkiyənin Balıkesir şəhərində təşkil olunan və Azərbaycan komandalarının da iştirak etdiyi çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour” açıq çempionatı davam edir. AVF-dan verilən məlumata görə, sözügedən turnirdə ölkəmiz 2 qadın (Fidan Əhmədxanova/Nərmin Səmədzadə, Çinarə Quliyeva/ Larisa Smeltsova cütlüyü), 3 kişi (Heydər Məmmədli/Fərda Dünyayev, Nəriman Bayramlı/Məhəmməd Aslanlı, Akşin Ağazadə/İbrahim Məmmədov cütlüyü) komandası ilə təmsil olunur.
Yarışın ilk günü qadın komandalarımızın hər ikisi, kişi cütümüzdən isə ikisi mübarizəyə qoşulub. Beynəlxalq turnirə uğurla start verən komandalarımız 1/16 finala yüksəliblər. Nəriman Bayramlı/Məhəmməd Aslanlı cütlüyü isə sabah mübarizəyə qatılacaq.
Qeyd edək ki, yarışın qalibləri iyulun 7-də müəyyən olunacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.