Martines Portuqaliya yığmasını çalışdırmaqda davam edəcəkmi?
Onu Kriştiano Ronaldo hər zaman dəstəkləyir
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatının 1\4 final mərhələsində Fransa millisinə yalnız oyundan sonrakı penaltilər seriyasında məğlub olan (5:3) Portuqaliya milisinin çalışdırıcısı Roberto Martines Portuqaliyada müzakirə mövzusuna çevrilib. Əsasən də komandanın qələbəsinə sevinib, məğlubiyyətinə göz yaşları təkən yerli futbol azarkeşləri bundan sonra onun komandada qalıb qalmayacağı haqda suallar verirlər. Bütün bunlar haqda futbol agenti Paulu Barboza "Sport Ekspress"ə verdiyi açıqlamasında söyləyib. Onun sözlərinə görə Martines Fransa ilə oyundan sonra deyib: "Oyun vaxtının 63 faizini biz topa yiyələndik. Rəqib qapısı ağzında ciddi təhlükələr də yaratdıq". Məşqçinin bu sözlərini birmənalı qəbul etməyən azarkeşlır isə həmin vəziyyətlərdə konkret və vacib addımların atılmadığını vurğulayırlar. Və eyni zamanda onu da bildiriblər ki, həmin vəziyyətləri hücumçular deyil, yarımmüdafiəçilər yaradıblar.
Bu arada azarkeşlər Ronaldoya da mesaj atıblar: "Bəli, beş oyunun hamısında əvəz edilmədən oynayan Kriştiano Ronaldo onu dəstəkləyir. Belə davam etmək olmaz. Biz sanki yerimizdə sayırıq. İrəliyə bir addım da atılmır. Sanki. Portuqaliya yığması bir nəfərin yeni şəxsi rekordları üçün mövcuddur".
Yeri gəlmişkən, Avro-2024 Kriştiano Ronaldonun karyerasında bir necə yeni rekordlarla yadda qaldı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.