Beş güləşçimizdən üçü yarımfinala yüksəlib
Serbiyanın Novi-Sad şəhərində 20 yaşlı gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatı sərbəst güləşçilərin çıxışı ilə davam edir. Çempionatın bu günə təsadüf edən 6-cı günü daha 5 sərbəst güləşçimiz mübarizəyə qatılıb. Beşliyimizdən Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) uğurla çıxış edərək yarımfinala yüksəlib. Daha bir təmsilçimiz - Yusif Dursunov (125 kq) ikinci, Əhməd Əhmədli (74 kq) isə start görüşündə büdrəyib.
Yeri gəlmişkən, dünən mübarizyə qatılan beşliyimizdənsə ikisi - Vasif Bağırovla (57 kq), Xetaq Karsanov (97 kq) bu gün axşam saatlarında çempionluq uğrunda həlledici final görüşünə çıxacaq.
Xatırladaq ki, çempionatda yunan-Roma və qadın güləşi başa çatandan sonra Azərbaycanın aktivinə 5 (1-1-3) medal yazılıb. Medallardan yeganə qızıl qızlardan ibarət U-20-nin, 1 gümüş və 3 bürünc isə klassiklərin payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.