Kriştiano Ronaldo Avro-2024-ü yeni rekordla tərk edib
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatının (Avro-2024) dünən baş tutan Fransa - Portuqaliya (0:0, penaltılər 5:3) matçı ikincinin 39 yaşlı forvardi Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, Avro-2024-də 5-ci dəfə oyun zamanı qol vura bilməyən Ronaldo yalnız oyundan sonrakı penaltı seriyasında fərqlənə bilib. Bununla da dünya futbolunun canlı əfsanəsi Avropa çempionatlarında 4 dəfə oyundan sonra penaltı seriyasında qol vuran ilk oyunçu kimi tarixə düşüb. O, həm də Avro-2024-də iki dəfə meydanda 120 dəqiqə oynayan oyunçu kimi yadda qalıb. Avro-2024-də 3 dəfə penaltı (biri dəqiq olmayıb) vuran Ronaldo həm də çempionat ərəfəsində (5 oyunda) rəqib qapısı istiqamətində vurduğu 23 zərbə ilə də diqqət çəkib. O, bu göstərici ilə ispaniyalı Fernando Yerroya məxsus olan rekordu təkrar edib. Bu göstəricidə rekord isə Portuqaliya millisinin sabiq oyunçusu Dekuya məxsusdur. O, Avro-2014-də 24 zərbə ilə birinci olub.
Ronaldo həm də karyerasında 11 dəfə irimiqyaslı təlimlərdə (6 dəfə Avropa çempionatlarinda - 2004, 2008, 2012, 2026, 2020, 2024 illər, 5 dəfə isə dünya çempionatlarında - 2006, 2010, 2014, 2018 və 2022 illər) iştirak edib.
Təəssüflər olsun ki, Avro-2024 Ronaldonun karyerasında oyun zamanı (5 oyun) qol vura bilmədiyi çempionat kimi də xatırlanacaq. O, bundan əvvəl iştirak etdiyi bütün Avropa və dünya çempionatlarında ən azı bir dənə də olsa qol vurmuşdu.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.