"Qırmızı furiya" Avro-2024-də "Almaniya maşını"ı mübarizədən çıxardıb
Avro -2025-ün erkən finalı 120 dəqiqə davam edib
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatında 1/4 final oyunlarına start verilib. Bu mərhələnin ilk oyunu Ştutqartda baş tutub. Burada İspaniya millisi ("Qırmızı furye") ilə çempionata ev sahibliyi edən Almaniya ("Alman maşını") qarşılaşıb. Mütəxəssislərin erkən final kimi dəyərləndirdiyi və həqiqətən də öz dramatikliyi ilə yadda qalan bu oyun "Qırmızı furye"-nin minimal hesablı qələbəsi ilə bitib - 2:1. İlk yarısı qolsuz bərabərliklə bitən matçda hesabı 51-ci dəqiqədə ispaniyalı Merino Mikel açıb. O, baş zərbəsi ilə topu Manuel Noyerin qoruduğu qapının aşağı sol küncünə atmaqla matçın ilk qoluna imza atib - 1:0.
Bundan sonra almaniyalı məşqçi Yulian Naqelsman müəyyən əvəzləmələrlə oyunda dönüş yarada bilib. O, veteran futbolçu Milleri meydana buraxandan sonra "Alman maşını" daha da güclü işləməyə başlayıb və nəhayət əsas vaxtın bitməsinə bir dəqiqə qalmış (89-cu dəqiqə) Florian Virts almanlar üçün hava və su kimi lazım olan bərabərlik qolunu vurub - 1:1.
Əsas vaxtda qalıb aşkar edilmədiyindən komandalar daha 30 dəqiqə əlavə vaxtda oynayıblar. Hər iki komandanın bir neçə dəfə qol vurmaq imkanı olsa da, matçın taleyini həll edən qol 119-cu dəqiqədə vurulub. İspaniyalı Marino Mikel baş zərbəsi ilə baxımlı bir qola imza atıb - 2:1. Oyunda bundan sonra qapılara qol vurulmayıb. Bununla da İspaniya millisi "Alman maşını"nı ev sahibliyi etdiyi Avropa-2024-dən kənarlaşdırıb.
Qeyd edək ki, İspaniya millisi çempionatın 1/2 finalında Portuqaliya - Fransa matçının qalibi ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.