Türkiyə XİN UEFA-nın millinin futbolçusu ilə bağlı qərarını qərəzli adlandırıb
Türkiyə Xarici İşlər Nazirliyi Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Türkiyə milli futbol komandasının müdafiəçisi Merih Dəmiralın iki oyunluq cəzalandırılması ilə bağlı qərarından təəssüfləndiyini bildirib.
Bu barədə təşkilatın nümayəndəsi bildirib.
“Daxildə və xaricdə bütün vətəndaşlarımızın dərin məyusluğuna səbəb olan bu qərar, bəzi Avropa ölkələrində əcnəbilərə qarşı qərəzli davranmaq meylinin artdığı fikrini gücləndirir”, - deyə bəyanatda bildirilir.
Dəmiral qollardan birini qeyd edərkən türk millətçilərinin jestindən istifadə edib ki, bu da UEFA-nın araşdırmasına və sonradan diskvalifikasiyasına səbəb olub. Türkiyə Futbol Federasiyası artıq qərardan İdman Arbitraj Məhkəməsinə şikayət verib.
İyulun 2-də baş tutan görüş 2:1 hesabı ilə başa çatıb. Matçın 1-ci dəqiqəsində hesabı açan Dəmiral 59-cu dəqiqədə komandasının fərqini ikiyə çatdırıb. Avstriya 66-cı dəqiqədə bir qolu geri çəkdi, Mixael Qreqoric fərqləndi.
1/4 finalda Türkiyə 1/8 finalda Rumıniya millisini 3:0 hesabı ilə məğlub edən Hollandiya ilə qarşılaşacaq. Görüş iyulun 6-da baş tutacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.