Mbappe: Mən Ronaldoya hörmətlə yanaşıram, amma öz yolumla getmək istəyirəm
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatında sabah 1\4 final mərhələnin oyunlarına start veriləcək. Oyunlardan birində Fransa millisi ilə Portuqaliya yığması qarşlaşacaq. Bu arada Fransa milisinin forvardı qarşıdakı oyunla bağlı açıqlama verərəkən Portuqaliya millisinin 39 yaşlı hücumçusu, dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo ilə bağlı fikir söyləyib və onu yüksək dəyərləndirib:
"Bəli, o futbolun əfsanəsi olaraq da qalır. Amma biz sabahkı oyunda qələbəyə ümid edirik. Yəqin mənim ona qibtə edib etmədiyimi bilmək istəyirlər. Ancaq onu deyə bilərəm ki, Kriştiano Ronaldo necə var idisə, elə də var. O, unikal (nadir) oyunçudur. Onun tərcüməyi-halı çıx şeydən xəbər verir. Açığı mən ona böyük hörmətlə yanaşıram. O, həqiqətən də unikaldır. Belə oyunçular tək-tək olur. Amma mən də öz yolumla getmək istəyirəm" - Mbappe "RMC Sport"a açıqlamasında belə deyib.
Xatırladaq ki, K.Ronaldo Portuqaliya millisində meydana çıxdığı 211 oyunda 130 qola imza atıb.
Yeri gəlmişkən, Fransa - Portuqaliya matçı sabah saat 22:00-da Hamburqdakı "Folksparkştadion"da baş tutacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.