Portuqaliya millisi Avro 2024-ün 1/4 finalında
Kriştiano Ronaldo meydanda, anası tribunada ağladı
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatının 1/8 finalında dünən axşam saatlarında daha bir oyun baş tutfu. Görüş öz dramatikliyi ilə yadda qaldı. Söhbət əsas və əlavə vaxtında qalibi aşkar edilməyən (0:0) və nəticədə penaltilər seriyasına qədər uzanan Portuqaliya - Sloveniya matçından gedir. Bu oyun demək olar ki, bir çox məqamları ilə diqqət çəkirdi. Ən çox diqqət isə portuqaliyalı futbolçu, dünya futbolunun canlı əfsanəsi olan 39 yaşlı Kriştiano Ronaldonun üzərində cəmlənmişdir. Karyerasında altıncı dəfə Avropa çempionatına qatılmaqla rekord vuran Ronaldo çempionatın qrup mərhələsində keçirdiyi üç oyunda qol vura bilməmişdi. Bu səbəbdən də hamı onun bu oyunda fərqlənəcəyinə inanır və həmin anı səbirsizliklə gözləyirdi. Amma slovakiyali qolkiper Yan Oblaka və müdafiəçi Vanya Drkuşic ona arzusunu reallaşdırmaq imkanı vermirdi. Əsas vaxt qolsuz bərabərliklə bitdiyi üçün komandalar daha 30 dəqiqə əlavə oynadılar. 103-cu dəqiqədə sloveniyalı müdafiəçi, bütün oyun ərzində Ronaldoya qənim kəsilən Drkuşic cərimə meydançasında portuqaliyalı Dioqu Jotaya qarşı kobudluq etdiyi üçün matçın hakimi Daniel Orsata Sloveniyanın qapısına penaltı təyin etdi. 205-ci dəqiqədə bütün Ronaldosevərlər onun nəhayət ki, bu çempionatda ilk qolunu vuracaqina inandılar və sevindilər. Lakin Ronaldonunku bu dəfə də gətirmədi. Onun yerlə uzaq küncə vurduğu topu Oblaka məharətlə çıxardı və sanki matçın qəhrəmanına çevrildi. Bu səbəbdən də Ronaldo meydanda, anası isə tribunada göz yaşlarını saxlaya bilmədi.
Nəhayət, matçın əlavə vaxtı da qolsuz bərabərliklə bitdi. Qalibi aşkar etmək üçün komandalar penaltı seriyasına keçdilər. Burada isə bəxti gətirən portuqaliyalılar oldu. Belə ki, Portuqaliya millisi ilk üç penaltini qola çevirdiyi halda, slovakiyalilar üç penaltidən heç birini vura bilmədilər. Çünki Portuqaliya millisinin qolkiperi Dioqu Koşta vurulan hər üç zərbəni dəf etməyi bacardı və bununla da komandasına hava və su kimi lazım olan qələbəni qazandırdı. Bəli, hələ əlavə vaxtın sonlarında öz məharəti ilə komandasını real qoldan xilas edən Koşta sözün əsl mənasında matçın qəhrəmanı oldu.
Matçın diqqət çəkən məqamlarindan biri də Slovakiya yığmasının 62 yaşlı məşqçisi Matyaj Kekin 105+1 dəqiqədə qırmızı kartla meydandan qovulması oldu. O, matçın qalan vaxtını və penaltilər seriyasını tamaşaçı kimi tribunadan izlədi.
Bununla da, Portuqaliya millisi 1/4 finalda onu gözləyən Fransaya rəqib oldu. Həmin oyun iyulun 5-də Hamburqda (22:00) olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.