Sərbəst güləş üzrə U-17 komandamız da Avropada birinci olub
Serbiyanın Novi-Sad şəhərində 17 yaşlı yeniyetmələr arasında idman güləşi üzrə keçirilən Avropa çempionatına yarışların yeddinci günü medallar uğrunda mübarizə aparan güləşçilərin çıxışı ilə yekun vurulub.
Sevindirici haldır ki, çempionatın ilk günlərində mübarizə aparıb komanda hesabında Avropanın birincisi olan yunan-Roma güləşi üzrə yığma komandamız kimi sərbəst güləş üzrə yığmamız da bütün rəqiblərini geridə qoymaqla birinci yeri tutub. Sərbəst güləş üzrə U-17 komandamız 6 (2+2+2) medal qazanıb və 160 xal toplayıb. Komanda hesabında ikinci yeri yenə də ermənilər tutublar (124 xal). Aktivinə 119 xal yazdıran Türkiyə millisi isə ilk üçlüyü tamamlayıb.
Yeri gəlmişkən, Azərbaycan komandası sözügedən Avropa çempionatını ümumilkdə 19 (5-5-9) medalla başa vurub. Bunlardan 9-u (3-2-4) klassiklərin, 4-ü (0-1-3) qızların, 6-si (2-2-2) isə sərbəst güləşçilərin payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.