"Alman maşını" Avro 2024-ün 1/4 finalında
Almaniyada futbol üzrə keçirilən UEFA Avropa çempionatı davam edir. Dünən çempionatda 1/8 mərhələyə start verilib. Bu mərhələnin ilk oyunu İtaliya və İsveçrə arasında olub. Görüş İsveçrənin 2:0 hesablı qələbəsi ilə bitib. Günün ikinci oyunu Dortmunddakı "Siqnal İduno Park" stadionunda keçirilib. Burada meydan sahibi Almaniya ilə Danimarka qarşılaşıb. 61.612 tamaşaçının toplaşdığı meydanda baş tutan və taleyi ingiltərəli hakim Maykl Oliverə tapşırılan oyunda qələbəyə sevinən ev sahibi olub - 2:0. İlk yarısı qolsuz bərabərliklə bitən və bəzi məqamları ilə yadda qalan (33-cu dəqiqədə güclü yağış və ildırım caxmaya görə oyun 25 dəqiqə saxlanılıb) matçda ilk qolu 53-cu dəqiqədə penaltı ilə Kay Xaverts vurub - 1:0.
68-ci dəqiqədə isə"Alman maşı"nın aparıcı üzvlərindən biri olan 21 yaşlı gənc forvard Camal Musial komanda yoldaşı Niko Şporterbekin ötürməsinı qola çevirib. Yeri gəlmişkən bu onun Avro -2024-de üçüncü qolu olub. Bundan sonra oyunda qol vurulmayıb və bununla da İsveçrə komandasının ardından Almaniya millisi də Avro -2024-un 1/4 finalına yüksəlib. Almanlar növbəti mərhələdə İspaniya-Gürcüstan matçının qalibi ilə qarşılaşacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.