Yeniyetmə güləşçilərin Avropa birinciliyi davam edir
Serbiyanın Novi-Sad şəhərində 17 yaşlı yeniyetmələr arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa birinciliyi başa çatmaq üzrədir. Çempionatın bu günə təsadüf edən 6-cı günü daha beş sərbət güləşçimiz mübarizəyə qatılıb. Onlardan yalnız ikisi - Məhəmməd İsmayılov (51 kq) və Hüseyn İsmayılov (60 kq) yarımfinala üyksələ bilib. Fəqan Fətiyev (45 kq), Qəzənfər Kazımlı (71 kq) və Fərhad Süleymanlı (92 kq) 1\4 finalda büdrəyib. Əgər onları məğlub edən güləşçilər finala yüksələrsə, o zaman hər 3 güləşçimiz təsəlliverici görüşlərlə mübarizəni davam etdirəcək.
Yeri gəlmişkən, dünən mübarizəyə qatılan beş sərbəst güləşçimizin hamısı bu gün axşam saatlarında medallar uğrunda görüşə çıxacaqlar. Beşlikdən finala yüksələn İsa Yusubov (65 kq) və Məhəmməd Qantemirov (110 kq) çempionluq, Hacıhüseyn Əhmədzadə (48 kq), Hüseyn Hüseynov (55 kq) və Məhəmməd Abbaszadə (80 kq) isə bürünc medal uğrunda güləşəcək.
Xatırladaq ki, çempionatın geridə qalan günlərində Azərbaycan yığması ümumilikdə 13 (3-3-7) medal qazanıb. Onlardan 9-u (3-2-4) medal və xalların sayına görə Avropanın birincisi olan yunan-Roma üzrə yığmamızın, 4-ü (0-1-3) isə qızlardan ibarət yığmanın payına düüşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.