"Baku Open-2024"ə start verildi
Bakı İdman Sarayında şahmat üzrə ənənəvi "Baku Open-2024" beynəlxalq turnirə start verildi. A və B turnirindən ibarət olan bu yarışda 12 ölkəni təmsil edən 330 şahmatçı mübarizəyə qatılıb. Bunlardan 126 nəfər A, 204 nəfər isə B qrupunda mübarizə aparacaq. Reqlamentə görə A qrupunda reytinq göstəricisi 2100-dən yuxarı olan kişilər və 2800-dən çox olan qadınlar özlərini sınayırlar.
B qrupunda isə 12 yaşadək uşaqlar mübarizə aparacaqlar. Mükafat fondu 50 min dollar təşkil edən və FİDE-nin 100 illik yubileyinə həsr edilən turnir isveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olacaq.
Turnir başlamazdan öncə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və FİDE-nin prezidenti Arkadi Dvorkovic çıxış etdi.
Çıxışlardan sonra turnirə start verildi.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.