Çimərlik voleybolçularımız "Bioderma Pro Beach Tour"da iştirak ediblər
21-23 iyun tarixlərində Türkiyədə çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour” açıq çempionat keçirilib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, İstanbulda keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, ümumilikdə 23 qadın və 30 kişi komandası iştirak edib.
Ölkəmizi yarışda 3 qadın (Çinarə Quliyeva/ Larisa Smeltsova, Fidan Əhmədxanova/Nərmin Səmədzadə, Lizi Latsabidze-Səbinə Əlizadə cütlüyü) və 2 kişi komandası (Vadim Kutukov/Heydər Məmmədli, Akşin Ağazadə/Fərda Dünyayev dueti) ilə təmsil edib.
Qadınların mübarizəsində Çinarə Quliyeva/ Larisa Smeltsova cütlüyü nisbətən uğurlu çıxışla yadda qalıb. Üç görüşdə qalib gələn təmsilçilərimiz turnirdə 5-ci yeri tutdular. Ötən mövsüm eyni yarışda 20-ci olan qızlarımız bu ilki nəticə ilə böyük uğura imza atıblar. Voleybolçularımız beynəlxalq reytinq xalları ilə yanaşı, pul mükafatı da qazanıblar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.