21 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Mədəniyyət
Mədəniyyət

SÖZÜN BİTDİYİ AN RƏNGLƏR DANIŞIR…

1 il əvvəl 504 01

SÖZÜN BİTDİYİ AN RƏNGLƏR DANIŞIR…

Əməkdar Rəssam İsa Məmmədovun yaradıcılıq yolu

Əməkdar rəssam İsa Məmmədov 1956-cı ilin 5 martında Zəngəzur mahalının Qafan rayonunda dünyaya göz açıb. İncəsənətə kiçik yaşlarından həvəs göstərib, məktəb illərində rəssamlıq və musiqi ilə məşğul olub. Qarmon ifa etməyi məharətlə bacaran İsa bu sevgisinin keçici olduğunu, rəssamlığın ona daha yaxın, doğma olduğunu anlayır. Beləliklə, 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur.

İlk müəllimi olan Rəşid Heydərzadədən sənətin incəliklərini sevgi ilə mənimsəyir. 1979-cu ildə məktəbdə təhsilini başa vurur. Sonra bir müddət Moskvada da rəssamlıq dərsləri alır. Oradan qayıtdıqdan sonra 1982-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq fakültəsinə daxil olur. Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə kimi böyük rəssamlardan dərs alır. Diplom müdafiəsi zamanı istedadlı rəssam zəhmətkeş kəndli qadınlar mövzusunu seçir. Kətan üzərində yağlı boya texnikası ilə “Lerik qadınları” adlı çoxfiqurlu kompozisiyasını ərsəyə gətirir. Kənd həyatı, üzərində tarixi geyimlərimiz olan qadınların obrazları əks olunan tablo müəllimləri tərəfindən çox bəyənilir. 1988-ci ildə ali təhsilini də tamamlayan rəssam daim yaradıcılıq axtarışında olaraq, müxtəlif miqyaslı sərgilərin iştirakçısına çevrilir.

İsa Məmmədovun əsərlərinə nəzər yetirdikdə onun yaradıcılığını səciyyələndirən ifadə tərzinin impressionizm üslubu ilə yaxınlıq təşkil etdiyini deyə bilərik. Yaradıcılığında zaman-zaman müxtəlif janrlara müraciət etsə də, daha çox mənzərəyə üstünlük verən rəssam bu janrda rəngarəng tablolar ərsəyə gətirir. Mənzərə janrı vasitəsilə o, əhatə olunduğu gerçəkliyi, təbiətdən ilhamlanaraq aldığı xoş təəssüratlarını sənətsevərlərə özünəməxsus bədii şərhlə çatdırır. Əsasən kətan üzərində yağlı boya texnikasında əsərlər yaradan rəssam işıq-kölgədən məharətlə istifadə edir.

Onun yaradıcılığını fərqləndirən ən önəmli xüsusiyyətlərdən birincisi Bakı mövzusuna xüsusi diqqət ayırmasıdır. Paytaxtımıza insanların görmədiyi baxış bucağından baxaraq təsvir etdiyi əsərlərinin mövzu sərbəstliyi, kompozisiya quruluşu, real həyata olan lirik, romantik baxışının canlı şahidi oluruq. Buna misal olaraq onun “Bakı mənzərəsi”, “Dənizkənarı Milli Park”, “Paytaxtın Nizami küçəsi”, “Payız” adlı mənzərə əsərlərini  qeyd edə bilərik. Hər bir tablosunu fərdi müşahidələrinə və ilkin təəssüratlarına əsaslanaraq təsvir edir. Fəsillərin bir-birini əvəz etməsi ilə təbiətdə, açıq havada daim dəyişən rənglərin ahəngi rəssamı yeni əsərlər yaratmağa sövq edir. Rəssam rəngarəng koloriti vasitəsilə Bakının müxtəlif fəsillərdə olan yaddaqalan görüntüsünü yaratmağı üstün tutur. Şəhəri ilin müxtəlif vaxtlarında təsvir etdiyi “Bakı motivi”, “Vağzalyanı meydan”, “Fəvvarələr meydanı”, “Bakı. Bizim küçə”, “Bakı vağzalı” və s. kimi əsrlər bu qəbildəndir.

İsa Məmmədovun yurdumuzun dilbər guşələrindən biri olan Şəkinin ürəkaçan təbiətinə, əsrarəngiz gözəlliklərindən ilham alaraq təsvir etdiyi tabloları da diqqəti cəlb edir. Müəllif bu mənzərə əsərləri vasitəsilə Şəki təbiətinin füsunkarlığını əlvan palitrası ilə əks etdirməyə nail olur. Bu silsilədən “Şəki mənzərəsi”, “Şəki motivi”, “Şəki. Kiş kəndi” və s. əsərlərini qeyd etmək olar.

“Payız” adlı ilk fərdi sərgisini Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına qalereyasında təqdim edən rəssamın İstanbulda (2007), Almaniya paytaxtındakı Bakı-Berlin qalereyasında (2011) da sərgiləri gerçəkləşib. Əsərləri Türkiyə, Rusiya, Fransa, İtaliya, ABŞ və s. ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. 2022-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülən İsa Məmmədov hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq kafedrasında pedaqoq kimi fəaliyyət göstərir. Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun nəzdindəki rəssamlar birliyinin üzvüdür.
İsa Məmmədov 22 iyun 2024-cü il tarixində vəfat etmişdir. Allah rəhmət eləsin!

Ziyarət Qəhrəmanova Cabarova

Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi, Sənətşünas,

Azərbaycan Rəssamlar İttiqfaqının “Gənclər” bölməsi üzrə Prezident təqaüdçüsü

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

John Doe 4 gün əvvəl

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

John Doe 5 gün əvvəl

"Ata və Babalarımızın Sərgisi" uğurla baş tutdu +FOTO=57

"Ata və Babalarımızın Sərgisi" uğurla baş tutdu +FOTO=57

John Doe 5 gün əvvəl

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım

John Doe 1 həftə əvvəl

Hindistanın səfiri xüsusi tədbirdə iştirak edib +VİDEO

Hindistanın səfiri xüsusi tədbirdə iştirak edib +VİDEO

John Doe 1 həftə əvvəl

В Азербайджанской государственной детской филармонии состоялся музыкально-поэтический концерт «В гостях у Сказки»

В Азербайджанской государственной детской филармонии состоялся музыкально-поэтический концерт «В гостях у Сказки»

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com