BƏƏ-də qədim itirilmiş şəhər tapıldı
Əl-Sinniyə adasında yerləşən Umm əl-Quveyn əmirliyində arxeoloqlar VI əsrə aid böyük yaşayış məntəqəsinin xarabalıqlarını aşkar ediblər.
Alimlər iddia edirlər ki, onlar itirilmiş Tuam şəhərini tapa biliblər.
Amma indidən deyə bilərik ki, bu kəşf Fars körfəzindəki ən mühüm arxeoloji tapıntılardan biridir.
Birləşmiş Ərəb Əmirlikləri Universitetinin professoru Tim Pauer, "Bu, BƏƏ-nin körfəzi sahillərində indiyə qədər tapılmış ən böyük yaşayış məntəqəsidir və erkən İslam coğrafi mənbələrində təsvir olunan şəhərə tam uyğundur" deyib. Tuamın vaxtilə Körfəz sahillərində regional paytaxt olduğu güman edilir. O, mirvari hasilatı və qiymətli daş ticarəti ilə məşhur idi.
Şəhər öz zirvəsinə VI əsrdə çatdı və o qədər məşhur idi ki, ərəb əlyazmalarında onun adı çəkildi. Vəbadan sonra Tuam tərk edildi.
Həmçinin yaşayış məntəqəsinin ərazisində arxeoloqlar İraqdan çoxlu balıq sümükləri və xurma şərabı üçün küplər aşkar etmişlər. Bu tapıntılar İraq, İran və Hindistanla aktiv ticarətin olduğunu göstərir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.