19 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

“Əsrin sərkərdəsi” kitabının təqdimatı və yaradıcılıq gecəsi keçirildi

2 il əvvəl 531 01

“Əsrin sərkərdəsi” kitabının təqdimatı və yaradıcılıq gecəsi keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası şair, yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Pərixanım Mikayılqızının (Muradova) 70 illik yubileyi ilə əlaqədar yazıçının yaradıcılıq gecəsi və  “Əsrin sərkərdəsi” kitabının təqdimatı keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Vətən, torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O, Pərixanım Mikayılqızının yaradıcılığı haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. Bildirdi ki, yazıçı 8 kitab, 200-ə yaxın elmi və publisistik məqalələr, çoxsaylı şeir və hekayələr müəllifidir. O, F.b.Köçərlinin yaradıcılığının tədqiqatçısıdır. F.b.Köçərli haqqında F.b.Köçərli: “Ümmətdən millətə doğru” kitabının müəllifidir.
Filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyeva çıxışında vurğuladı ki, 44 günlük savaşın eyforiyasının hələ də yaşamaqdadır, bu böyük sərkərdəmiz İlham Əliyevin nailiyyəti idi. Pərixanım Mikayılqızı bu Qələbəni şərtləndirən amilləri tədqiq etməyə çalışıb.  “Əsrin sərkərdəsi” kitabı bu günkü və gələcək nəsillər üçün maraqlı mənbə olacaqdır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Bayramova bugünkü tədbirdə iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirdi. İşığına toplaşdığımız “Əsrin sərkərdəsi” kitabında da 44 günlük savaşın təsiri hiss olunur. Dünyanın diqqət mərkəzinə Azərbaycanı gətirən Ali Baş Komandanımız İlham Əliyev haqqında kitab yazmaq qürurvericidir.
Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Pərixanım Mikayılqızını təbrik etdi və “Sən də bir əsgərsən, sən də bir əsgər” şeirini yazıçıya hədiyyə etdi.
“Azərbaycan Yazıçı Qadınlar” İctimai Birliyinin sədri, yazıçı, publisist Nüşabə Məmmədli Pərixanım Mikayılqızını hər şeydən öncə humanist, incə qəlbli yaradıcı biri kimi tanıdığını bildirdi. Onu yubiley və yeni kitabının işıq üzü görməsi ilə təbrik etdi, yaradıcılıq uğurları arzuladı.
Hüquq elmləri doktoru, professor, Azərbaycanda mülki məcəllə üzrə ilk alim xanım Məhəbbət Dəmirçiyeva P.Mikayılqızı haqqında öz müsbət fikirlərini söylədi, onu təbrik etdi, nailiyyətlər arzuladı. O qeyd etdi ki, Prezident İlham Əliyevdən yazılan kitab çox dəyərlidir.
“Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova müəllifi yubiley münasibətilə təbrik etdi, uğurlarının davamlı olacağına ümid etdiyini vurğuladı.
Bakı Mühəndislik Universitetinin Həmkarlar Komitəsinin sədri, tarix elmləri doktoru, professor Şikar Qasımov P.Mikayılqızının yaradıcılığını çağlayan bulağa bənzətdi. Yazıçının “Əsrin sərkərdəsi” kitabı İlham Əliyev yoluna verilən qiymətdir. O, müəllifə uğurlar arzuladı.
“Borçalı” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı ZİM və Ziyainfo.az saytının təşəbbüsü ilə AJB-nın üzvü, jurnalist P.Mikayılqızını 70 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif etdi.
Filologiya elmləri doktoru, professor Sevil Həsənova çıxışında vurğuladı ki, harada qadınlar varsa, orada xoşbəxtlik, səadət var. Kitaba görə müəllifə minnətdarlığını bildirdi. Yazıçıya Cavid əbədiyaşarlığı arzuladı.
Şair-publisist Təranə Cəbiyeva müəllifi təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı
Filologiya elmləri doktoru, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı P.Mikayılqızının “Ümmətdən millətə doğru” kitabına yazdığı məqalə haqqında danışdı və qeyd etdi ki, “Əsrin sərkərdəsi” kitabı da dəyərli kitabdır.
Şair, publisist Əzizə Ağahüseynqızı çıxışını Məmməd Aslanən şeiri ilə başladı. Müəllifə yaradıcılıq uğurları arzuladı və özünün Azərbaycan əsgərinə həsr etdiyi şeirini oxudu.
AYB-nin üzvü, “Azərbaycan və Türk Dünyası Yazıçıları” Birliyinin üzvü, Səda TV-nin icraçı direktoru Hacı İlham Qurbanoğlu çıxışında qeyd etdi ki, biz bu gün azadlığımızı, firavan yaşamağımızı şəhidlərimizə, qazilərimizə borcluyuq. Ali Baş Komandan haqqında kitab yazmaq şərəfli bir işdir. O, qadın haqqında şeir oxudu.
Şair, publisist, “Ədəbi incilər” jurnalının baş redaktoru Xalidə Nuray “Əsrin sərkərdəsi” kitabına görə müəllifə təşəkkürünü bildirdi. X.Nuray “Şeir qadını” şeirini oxudu.
Həvəskar şair İsmayıl Muradov bildirdi ki, “Əsrin sərkərdəsi” kitabı möhtəşəm bir əsərdir. O, Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirini oxudu.
Yazıçı Fazilə Heydərova tədbirə dəvətə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, P.Mikayılqızını tanımaq üçün kitablarını oxumaq kifayətdir.
“Ayət” qəzetinin təsisçisi və baş redaktoru Solmaz Şirin və şair Qəzənfər Mənsimoğlu müəllifi təbrik edib, yaradıcılıq uğurları arzuladılar.
Pərixanım Mikayılqızı tədbirdə iştirakına görə qonaqlara və tədbirin təşkilinə görə kitabxana kollektivinə minnətdarlığını bildirdi. O, “Əsrin sərkərdəsi” kitabını Yasamal rayon Heydər Əliyev Mərkəzinə və qonaqlara hədiyyə etdi.
Tədbirin bədii hissəsində müğənni Fuad Musayev “Ey həyat, sən nə qəribəsən?”, “Mən gəzirəm hər yanı”, xanəndə Maya Cəbrayılova “Azərbaycan”, “Yaşa Azərbaycan” mahnılarını və muğamlar  ifa etdilər.
Şair, yazıçı-publisist Pərixanım Mikayılqızı M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın sosial layihələrində fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif olundu.
Tədbirdə Pərixanım Mikayılqızının (Muradova) yaradıcılığına həsr olunan videoçarx nümayiş olundu.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 1 gün əvvəl

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

John Doe 3 gün əvvəl

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 2 həftə əvvəl

Azərbaycanda birinci siniflərə açıq qəbul başlayır

Azərbaycanda birinci siniflərə açıq qəbul başlayır

John Doe 2 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın  “Qərənfil” şeiri

Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın  “Qərənfil” şeiri

John Doe 3 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com