Ağcabədinin futbol komandası region liqasının ilk oyununda qələbə qazanıb
Dekabrın 9-da futbol idman növü üzrə region liqasının mərkəz zonasının ilk oyunu keçirilib.
"AzPress" İnformasiya Agentliyinin AZpressTİMES.info xəbər saytının bölgə müxbiri xəbər verir ki, Ağcabədi İdman Olimpiya kompleksində təşkil olunan yarışda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın məsul əməkdaşları, yerli idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon sakinləri iştirak ediblər.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rayon rəhbəri Rafil Hüseynov çıxış edərək, ölkəmizdə idmanın bütün növlərinə, eləcə də futbola xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb. O, hər iki komandaya uğurlar arzu edib.
Sonra Ağcadi Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı təqdim olunub.Bədii hissə başa çatdıqdan sonra oyuna start verilib.
Qarşılaşma azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Gərgin keçən mübarizədə I hissə ” Olimpiya Ağcabədi”FK-nın üstünlüyü ilə başa çatıb. II hissə isə qolsuz yekunlaşıb. Beləliklə, görüşdə Ağcabədi təmsilçisi 2:0 qələbə qazanıb.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.