Azərbaycan komandaları AK-nın təsnifat oyunlarında
Dünən Kosovonun Priştine şəhərində Azərbaycan komandaları da daxil olmaqla qadın və kişilər arasında 3x3 basketbolu üzrə Avropa Kubokunun təsnifat mərhələsinin oyunlarına start verilib. Heyəti Cordan Devis, Amil Həmzəyev, Cəbrayıl Əkbərov və Endar Poladxanlıdan ibarət olan və turnirin B qrupunda yer alan kişi komandamız start günü qrupda keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub. İlk oyunda erməniləri darmadağın edən yığmamız ardından Kosovo (14:10) və Kipri (21:16) məqlub edib. Bu gün yığmamız qrupda Albaniyaya qarşı son matçını keçirəcək (saat 14:50). Kişilərin turnirində digər qrupda isə Lüksemburq, Andorra, Malta və İrlandiya millisi yer alıb.
Heyəti Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mollenxauer və Mersedes Uolkerden ibarət olan qadın yığmamız isə dünən qrupda ilk oyununu Maltaya qarşı keçirib və qalib gəlib - 17:14. Bu gün qadınlarımız qrupda daha bir matçını Lüksemburqa qarşı keçirəcəklər ( saat 14:25).
Qadınların yarışında digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr millisi mübarizə aparır.
Bu gün pley-off və final oyunu ilə turnirə yekun vurulacaq.
Reqlamentə görə, turnirin qalibi 22-25 avqust günlərində Vyanada (Avstriya) keçiləcək həlledici final mərhələsinə vəsiqə qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.