02 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Tramp İran əməliyyatının tezliklə başa çatacağını elan edəcək

Tramp İran əməliyyatının tezliklə başa çatacağını elan edəcək

Məsud Pezeşkiyan Amerika xalqına müraciət edəcək

Məsud Pezeşkiyan Amerika xalqına müraciət edəcək

Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı

Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı

Fransa Livandakı sülhməramlılarını qorxutmaqda ittiham edib

Fransa Livandakı sülhməramlılarını qorxutmaqda ittiham edib

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımından 108 il ötür

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda mina partladı

Ağdamda mina partladı

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Rafael Hüseyn: ZƏNGİNLƏŞİRİK

2 il əvvəl 733 01

Rafael Hüseyn:

ZƏNGİNLƏŞİRİK

Quruculuğuna 84 il əvvəl – 1939-cu ilin noyabrında başlanmış Nizami Gəncəvi adına Milli Azərbaycann ədəbiyyatı muzeyi arxada qalan müddətdə söz yatırımızın və mədəni irsimizin mükəmməl bir xəzinəsinə çevrilibsə, bunun əsas səbəbi odur ki, illər boyu orada çalışan insanlar yaşamalı, sabahlara ötürülməli mənəvi sərvətləri səliqə və canıyananlıqla toplamış, qayğı və sevgi ilə qoruyub saxlamışlar.

Həmin nəcib və millətəxeyir iş durmadan davam edir.

2023-cü il noyabrın 19-da ümummilli xəzinəmizə əlavə ediləcək və gəlişiylə muzeyi daha zəngin edəcək xeyli yeni sənədləri qəbul etdik.

Görkəmli ədibimiz, ömrünün böyük hissəsi Rusiyada ötmüş, hazırda İsraildə yaşayan Çingiz Hüseynov arxivini muzeyimizə bağışlamağı qət edib.

Bununla əlaqədar Çingiz müəllimlə telefonla xeyli söhbətlərim olmuşdu. Nəhayət ki, bir neçə ay əvvəl Çingiz müəllimin Moskvadakı mənzilində olan arxivi təhvil aldıq.

Ancaq bu işin hələ başlanğıcı idi. Əsas məsələ çoxlu əlyazmaları, kitabları, müxtəlif sənədlər, təltifləri, əhatə edən xeyli qutunu Bakıya, muzeyə çatdırmaq idi. Çünki bütün başqa səbəblərdən savayı bir ölkədən başqa ölkəyə bu qəbil yükü aparmağın öz məhdudiyyətləri və çətinlikləri var.

Lakin Bakıya çatdıranadək də bu qutuları harada saxlamaq müşkülü ortadaydı. Moskvada yaşayan iş adamı, uşaqlıq dostum Nadir bu işdə bizə kömək etdi. Bir neçə ay qutuları öz anbarında saxladı.

Və nəhayət dünən axşam Moskvada yaşayan digər köhnə dostum – jurnalist, qiymətliu azərbaycanlı və fədakar azərbaycançı Azər Cahangirov zəng vurdu ki, artıq Bakıdayam, dəyərli yekün mühüm bir hissəsini gətirib çıxarmışam (bu da onun Vətənə daha bir xidməti!).

Bu gün Azərgilə getdim, qutuları yüklədik mənim maşınıma.

Ancaq bundan əvvəl Çünigiz müəllimlə də telefonla danışdıq.

Çingiz müəllimin ilk sözü bu oldu, ki, qəribədir, elə bu gün Rafaeli fikirləşirdim, zəng vurmaq istəyirdim, demək, hissiyyatım xəbər verirmiş ki, arxivlə bağlı yenilik var.

Böyük yazıçımız Çingiz Hüseynov mənə bir çox Azərbaycan həyətlərində ucalan, hər yay mehriban, məhrəm çətirinin altına qohum-əqrəbanı, qonum-qunşunu toplayan, hər kəsə də daim könlü riqqətə gətirən xatirələrlərin sayrışdığı gəncliyini, uşaqlığını yada salan gövdəli, qollu-budaqlı qocaman tut ağacını xatırladır.

O tut ağaclarının yaşı nə qədər çox olsa belə, hər yaz gələndə yenə ilk gəncliyində olan kimi tumurcuqlayır, tər-təzə yarpaqlara bürünür, şipşirin, ləzzətli bəhrələrini verir.

Hərçənd Çingiz müəllimə “qocaman” sözü heç uyğun gəlmir (Məşədi İbadın sözü olmasın, qoca ona deyərlər ki...).

Çox da artıq bu ilin 20 aprelində əziz Çingiz müəllim 94 yaşını tamamlaraq 95-nə qədəm qoyub. Qələmi işləyir, ürək cavan, ruh gənc, çalışmaq, yazıb-yaratmaq şövqü çox.

Elə bu axşam görüntülü telefon bağlantısında Çingiz müəllim, Azər, mən – söhbət edirkən Çingiz müəllimdəki həmin cavanlıq havası aşkar duyulurdu.

Bakıya gəlib çatmış arxivdən başladıq və söhbətimizin bir səmti VII yüzilə qədər gedib çatdı. İslamın Ana Kitabı qutsal “Quran”ın mətni ilə bağlı mülahizələrdən, sülh və müharibə fəlsəfəsinədək çox mətləblərdən bəhs etdik.

Çingiz müəllim danışırdı, növbəti dəfə sevinirdim ki, onillərlə Vətəndən uzaqlarda qalsa da, ana dilimiz bütün əlvanlığı, dərinliyi, lətafəti ilə onunladır, sevinirdim ki, beyni necə sərrast işləyir, düşüncələri, mülahizələri nə qədər aydın, sərrastdır.

(Çingiz müəllim zəka, müdriklik dolu əvəzsiz həmsöhbətdir. Bir şərtlə ki, həmsöhbəti dürüst adam ola. Millətin sərvəti olan insanların qədrini bilmək, onları qorumaq, göz üstündə bəsləmək gərəkdir. Saf olmayan niyyətlərinə hər vasitə ilə hər yerdən dayaq aramaq həvəsində olanlar gedib axtardıqlarını özlərinətaylarda gəzsinlər!).

Bircə ona təəssüflənirəm ki, çoxdandır Çingiz müəllimlə görüşmürük. Yəni görüşməyinə görüşürük, daimi təmasdayıq – ancaq ya kompüterin, ya telefonun ekranında.

Texnologiyaların bugünkü mərhələsində arada bu qədər məsafə olsa da, üz-üzəyik, elə bir yerdə kimiyik. Ancaq arzulayıram ki, Bakıya da gəlsin, ona doğma olan küçələrdən, məhəllələrdən birgə keçək.

Çingiz müəllimin qardaşı, unudulmaz tarzənimiz Əlikram Hüseynov mənə danışırdı ki, Çingizlə ən azı ildə bir dəfə Bakıda hökmən görüşürlər.

Bu iki qardaş üçün bir ayin kimi idi.

Onlar yaşa dolmuş olsalar da, ürəklərindəki ata məhəbbəti və ata xatirəsinə sonsuz sayğı elə ömrün baharındakı kimi idi. İldə bir dəfə mütləq Bakıda görüşmələrinin məqsədi də atalarının məzarını ziyarət etmək, dünənin işərisindəki bütün yaxşı olanları anmaq idi.

Əlikram müəllim getdi, vaxt dəyişdi, həmin ailə ayini də qaldı dünəndə.

Biz ki varıq Çingiz müəllim, burdayıq, Bakınızdayıq və inşallah ki, mütləq burda da görüşəcəyik.

Hələ Sizinlə bağlı bir film çəkmək istəyim də var – ləngitmədən, gələnilki 95 illiyinizə. 100-ünüzdə də növbətisi çəkilər. Gəlib orda da da çəkilişlər edərik, amma gərək Siz də bura gələsiniz. Bakısız nə Çingiz filmi?!

...Çingiz müəllimin arxivinin mühüm bir hissəsi artıq Bakıdadır və sabah yeni iş həftəsinin ilk günündən Nizami muzeyinin əməkdaşları onları sahmana salmağa başlayacaq.

Çox keçməz qalan qutular da Bakıya yetişər və bu arxivin təsviri də gələcək araşdırıcılara yol açan ayrıca kitaba çevrilər.

Çingiz müəlimdən gələn bu sovqatla Nizami muzeyinin xəzinəsi bir az da zənginləşir.

Dünyanın harasında nə qədər sərvətimiz və sərvət olan şəxsiyyətlərimiz varsa hamısına sahib çıxmalıyıq, hamısında nəzərimiz olmalıdır.

Sən sahib çıxmayacağın təqdirdə sərvətə yiyə durmaq, ondan yaralanmaq istəyində olan marığa yatmışların varlığını heç vaxt unutmamalıyıq.

Əziz Çingiz müəllim, var olun!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitablar səltənətinin inciləri: Məmməd Araz

Kitablar səltənətinin inciləri: Məmməd Araz

John Doe 23 saat əvvəl

LDU-nun müəllimi elmi dərəcə alıb

LDU-nun müəllimi elmi dərəcə alıb

John Doe 1 gün əvvəl

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirildi

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirildi

John Doe 1 həftə əvvəl

Azərbaycanda şagirdlər üçün oyun əsaslı öyrənməyə start verilir

Azərbaycanda şagirdlər üçün oyun əsaslı öyrənməyə start verilir

John Doe 2 həftə əvvəl

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

John Doe 2 həftə əvvəl

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com