Avro 2024-ün favoriti müəyyənləşib: bu, Fransa və ya Almaniya deyil
Opta statistik portalı İngiltərə yığmasını Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının favoriti adlandırıb.
Superkompüter hesablamalarına görə, D qrupunda Sloveniya, Danimarka və Serbiya komandaları ilə mübarizə aparacaq İngiltərənin turnirin qalibi olmaq şansı ən yüksəkdir - 19,9 faiz. İlk üçlükdə həmçinin Fransa millisi (19,1 faiz) və turnirin ev sahibi Almaniya millisi (12,4 faiz) yer alıb.
İspaniyanın şansı 9,6 faiz, Portuqaliyanın 9,2, Hollandiyanın 5,1 faizdir. Hazırda Avropa çempionu olan italyanlara Almaniyada qalib gəlmək üçün beş faiz verilir.
Britaniyalılar Avropanın vitse-çempionlarıdır. Avro-2020-də İtaliyaya uduzaraq (1:1, 2:3 - pen) finala yüksəldilər. Onlar tarixlərində heç vaxt qitə çempionu olmayıblar.
Gürcüstan komandasının turnirin qalibi olmaq şansı ən azdır - 0,1 faiz. Serbiya və Ukrayna yığmaları da eyni şansla - bir faizlə Avropa çempionatını qazana bilər.
2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.