Azərbaycan yığması DQS-da mübarizəni 1\4-də dayandırıb
Dünən Qəbələdə Azərbaycan yığması və "Baku Fleyms" klubu da daxil olmaqla 8 komandanın iştirakı ilə qadınlar arasında 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 3-cü mərhələ yarışına start verilib. Turnuirin ilk günü komandalar iki qrupda mübarizə aparıblar. Azərbaycan millisi, "Baku Fleyms" klubu, eləcə də Portuqaliya yığması və Polşanın "Varşava Lotto" klubu A qrupunda, Polşa, İtaliya Rumıniya yığması və "Barselona Pantera" (İspaniya) klubu isə B qrupunda mübarizə aparıb. Dünən hər üç matçını uduzan "Baku Fleyms" klubundan fərqli olaraq, cəmi bir qələbə qazanan Azərbaycan yığması bu gün qrup üçüncüsü kimi 1\4 finaldan mübarizəni davam etdirib. Təəssüflər olsun ki, Paris-2024 Olimpiadasına lisenziya qazanan yığmamız "Barselona" ilə bacarmayıb - 8:21. Bununla da üçüncü mərhələyə ev sahibliyi edən Azərbaycan yığması və "Baku Fleyms" klubu turnirdə mübarizəni erkən dayandırıb.
Yeri gəlmişkən, 19 mərhələdən ibarət olan turnirin daha iki mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Azərbaycanın ev sahibliyi edəcəyi mərhələ yarışlarından biri 20-21 iyulda Qubada, digəri isə 18-19 avqust günlərində Bakıda olacaq. DQS-na centyabrda final marhələ ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.