Şəhriyar Məmmədyarov FİDE-nin reytinqində irəliləyib, Teymur Rəcəbovsa....
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmatçılarının yeni reytinq cədvəlini açıqlayıb. İyunun birinə olan cədvəldə Azərbaycan şahmatçıları arasında ən yaxşı göstərici ölkənin lider şahmatçılarından biri olan Şəhriyar Məmmədyarova (2734) məxsusdur. O, yeni cədvəldə bir qədər irəliləməklə 16-cı pilləyə yüksəlib. Şəhriyarla müqayisədə Teymur Rəcəbov (2704) isə bir qədər geriləyərək 30-cu yerə düşüb. Top-100-də yer alan daha bir kişi şahmatçımız Rauf Məmmədovsa (2651) 82-ci pilləyə yüksəlib.
Kişilərin reytinq cədvəlinə yenə də sabiq dünya çempionu Maqnus Karlsen (Norveç, 2830) liderlik edir. İnci yerdə ABŞ təmsilçisi Fabiano Karuananın (2805) məskunlaşdığı cədvəldə ilk üçlüyü Xikaru Nakamura (ABŞ, 2794) tamamlayır.
Qadınlara gəlincə, yenə də yığmamızın lideri Günay Məmmədzadə (2444) daha yaxşı mövqedə yer alıb. O, Top-100-də 29-cudur. Aktivində 2417 xalı olan Gövhər Beydullayeva 39-cu, Azərbaycan tarixində ilk Avropa çempionu adını daşıyan Ülviyyət Fətəliyeva (2399) 49-cu pilləyə yüksəlib. Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədovasa (2348) 99-cu yerdədir.
Qadınların reytinq cədvəlində ilk üç yeri çinli zəka sahibləri tutur. Trioda yer alan Xou İfan (2632) yenə də liderlik mövqeyindədir. Onun həmvətəni olan Tszyu Ventszyun (2558) ikinci yerdədir. İlk üçlüyü isə daha bir çinli - Ley Tintsze (2548) tamamlayır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.