"Qarabağ" çempionluq kubokunu başı üzərinə qaldırıb
Mayın 26-da futbol üzrə Azərbaycan çempionatının Yüksək Liqasinda 36-ci tur çərçivəsində baş tutan son iki oyunla ("Araz-Naxcivan" - "Qarabağ " - 2:2 və "Tovuz-Turan" - "Kəpəz" - 1:0) 2023/2024-cu illər mövsümünə yekun vurulub. Bununla da mövsümün başa çatmasına hələ 8 tur qalmış çempionluğu özünə təmin edən "Qarabağ" (Aqdam) klubu öz tarixində 11-ci dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb. Elə həmin gün ikinci yeri tutan "Zirə" və üçüncü olan "Sabah" klubu da layiq olduğu mükafatla təltif olunub.
Bir məqamı da qeyd edək ki, "Qarabağ"la "Zirə" üçün mövsüm hələ tam bitməyib. Belə ki, bir həftədən sonra bu klublar ölkə kubokunun finalında qarşılaşacaqlar.
2023/2024-cu illər mövsümünün bombardirlərinə gəlincə, bu siyahıya 20 qolla Juninyo ("Qarabağ") başçılıq edir. Ramalinq ("Sabah") 15, Benziya və Nəriman Axundzadə ( hər ikisi "Qarabağ") isə hərəyə 12 qolla yadda qalıb.
Çempionatın yekun turnir cədvəli:
""Qarabağ " - 83 xal, "Zirə", "Sabah" - hərəyə 58 xal, "Sumqayıt " - 57 xal, "Neftçi ' - 56 xal, "Turan-Tovuz" - 48 xal, "Araz-Naxcivan" - 36 xal, "Kəpəz" - 35 xal, "Qəbələ" - 26 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.