Dövlət Qurumlarının şahmat çempionatı keçirilib
Respublika Şahmat Mərkəzində dövlət qurumları arasında kişi və qadınların şahmat üzrə ölkə çempionat keçirilib. Gənclər İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən bu yarışda 31 təşkilatı təmsil edən 67 şahmatçı İsveçrə sistemi üzrə 7 turda mübarizə aparıb.
Kişilərin yarışında qalib adını 6,5 xalla Anar Rəsulov (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) qazanıb. Hərəyə 6 xal toplayan Rauf Rzayevlə (Azərbaycan Energetika Nazirliyi) Elnur Mehtiyev (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) müvafiq olaraq 2-3-cu yerləri tutub.
Qadınlara gəlincə, "Azal"in təmsilçisi Fidan Ağasıyeva 4,5 xalla birinci olub. Hərəyə 4 xal yığan Rəhimli İzzət ( Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Ülkər Maqsudova ("SOKAR") isə müvafiq ardıcıllıqla ikinci və üçüncü yeri tutub.
Qalib və mükafatçılar müvafiq diplom hədiyyələrlə təltif olunublar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.