Elcan Hacıyevlə Vüqar Talıbov mundialla erkən vidalaşıb
BƏƏ-nin paytaxtı Abu-Dabidə böyüklər arasında cüdo üzrə keçirilən dünya çempionatı davam edir. Mundialın dördüncü günü Azərbaycan yığması üçün uğursuz olub. Belə ki, bu gün tatamiyə çıxan və eyni çəkidə (90 kq) güləsən Elcan Hacıyevlə Vüqar Talıbov heç də uzaq gedə bilməyib. Startda Almaniya təmsilçisini məyus edən Hacıyev ikinci mərhələdə braziliyalı rəqibi ilə bacarmayıb.
Talıbova gəlincə, o da eyni aqibəti yaşayıb. Startda ABŞ təmsilçisini üstələyən Vüqar ikinci görüşdə italiyalı rəqibi ilə bacarmayıb. Nəticədə hər iki cüdoçumuz mundialla erkən vidalaşıb.
Xatırladaq ki, dünya çempionatının üçüncü günü cüdoçumuz, dünya reytinqində birinci olan Hidayət Heydərov (73 kq) qalib adını qazanmaqla dünyada öz çəkisinin lideri olduğunu sübut edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.