Hidayət Heydərov dünya çempionudur!!!
Mayın 20-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində kişi və qadınlar arasında startı verilən və Azərbaycan idmançılarının da qatıldığı cüdo üzrə dünya çempionatı davam edir. İlk günü tatamiyə çıxan 3 təmsilçimiz üçün uğursuz olan mundialın ikinci günü yığmamız üçün uğurlu olub. Beləki, ikinci gün tatamiyə çıxan 3 təmsilçimizdən biri daha yaxşı güləşərək dünya çempionu olub. Söhbət 73 kq-da güləşən və Azərbaycanın cüdo tarixində ikinci dünya birincisi olan Hidayət Heydərovdan gedir. Qeyd edək ki, dünya reytinqində öz çəkisinin lideri olan və mundialın da favoriti hesab edilən Heydərov keçirdiyi 5 görüşün hamısında rəqibini rəzil edib. Startda kosovolu Akila Qyakovu, ardından ispaniyalı Salvador Rocanı məğlub edərək 1\4 finala yüksələn cüdoçumuz burada isə braziliyalı Daniel Karqninanı məyus edərək yarımfinala yüksəlib. Bu mərhələdə isə Almaniya təmsilçisi İqor Vandtkeni üstələyən Heydərov həlledici finalda yaponiyalı Tatsuki İşixarunu məğlub edib. Bununla da Hidayət Heydərov 11 ildən sonra ilk dünya çempionu olan cüdoçumuz Elxan Məmmədovun (2013-cü il) uğurunu təkrar edib.
Təəssüflər olsun ki, bu gün tatamiyə çıxan digər iki cüdoçumuz heç nə ilə yadda qalmayıb. 66 kq-da çıxış edən Yaşar Nəcəfov ikinci, Açeliya Toprak (57 kq) isə üçüncü görüşdə büdrəyib.
Beləliklə, Azərbaycan mundialın ikinci günü medal hüsabıbını açaraq, aktivinə 1 qızıl yazdırıb.
Dünya çempionatı davam edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.