"FƏRASƏTLİ İGİD DAYISINA OXŞAYAR!"
3 yaşım olardı, Novruz bayramı ərəfəsində Gülağa dayım Moskvadan kəndə gəlmişdi...
Bizim üçün çoxlu sayda hədiyyələr almışdı ...
Meyvələrdən ən çox yaddaşımda qalanı mandarın idi...
Birdə ki, uşaqların hamısına təzə çıxan, Azərbaycanda olmayan 5 minlik əskinaslar (pullar) payladı... ,doğrusu sevincimiz uzun çəkmədi, Gülağa dayım gedəndən sonra atam Şahnəzər pulları əlimizdən aldı ki, qonşu uşaqlar sizin pullarınızı əlinizdən alarlar...
Dayımın sumağı (bordo) rəngdə Ford Taurus maşını var idi... İlk dəfə idi ki, belə gözəl, yaraşıqlı xarici maşın görürdüm.. Kəndimizin lapet adlanan qoşqulu traktorlarından yerdən göyə qədər fərqli idi...
Uşaqlıq illərində olduğu kimi, bu gün də dayım Gülağa Tənha ilə fəxr edirəm, onun kimi, Azərbaycan millətinə, Azərbaycan Dövlətinə sadiq olmağa çalışıram, sədaqətli, Vətənpərvər Azərbaycan oğlu olmağa səy göstərirəm!
Bu gün mənim üçün yaşamaq və Azərbaycan Dövlətinə sadiqlik etalonu olan, daxilən zəngin bir şəxsiyyətin dünyaya göz açdığı, gözəl bir gündür!
Dayıcan, ad gününüz mübarək!
Siz Dan ulduzu kimi yüksəkliklərdə yaşayın, biz doğmalar da Sizin ətrafınızda, Sizin işığınıza toplaşaq!
Uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram!
Dərin hörmətlə: Sizin Rafiq Mirzəyev
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.