Qadın voleybol millimiz Slovakiya yığmasına uduzub
Dünən kişi və qadın voleybolçular arasında startı verilən Qızıl Avropa Liqasında birinci turun oyunları keçirilir. Azərbaycanın kişi komandası birinci turun oyunlarınıa Bakıda, qadın millimiz isə analoji yarışa Xorvatiyada başlayıb. Baş məşqçisi Faiq Qarayev olan qadın millimiz bu gün ikinci matçını Slovakiyaya qarşı keçirib. Təəssüflər olsun ki, birinci oyunda ev sahibi Xorvatiyanı quru hesabla (3:0) məğlub edən yiqmamiz Slovakiya yığması ilə bacarmayıb. Yalnız matçın ilk setində üstün olan (21:25) millimiz bundan artığına gücü çatmayıb - 3:1 (21:25, 25:22, 25:16, 25:19).
Bununla da, qadın voleybol yığmamız Qızıl Avropa Liqasının birinci turunu bir qələbə və bir məqlubiyyətlə başa vurub.
Turnirin ikinci mərhələsi 24-26 may günlərində Rumıniyada keçirəcək. Faiq Qarayevin yetirmələri ikinci turda ev sahibi Rumıniya və İsveç millisi ilə qarşılaşacaq.
Yeri gəlmişkən, üçüncü tur isə mayın 31-dən iyunun 2-dək Bakıda olacaq. Yiqmamiz doqma divarlar arasında Estoniya və Avstriya millisi ilə üzləşəcək.
Reqlamentə görə üç turda ən çox xal toplayan 4 ən yaxşı komanda mübarizəni dördlər finalında davam edəcək.
Yeri gəlmişkən, kişi voleybol yığmamız isə sabah Bakı Voleybol Mərkəzində təşkil edilən analoji turnirdə növbəti matçını Ukraynaya qarşı keçirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.