Avropa birinciliyində Azərbaycan finalı
Yunanıstanın Lutraki şəhərində 15 yaşlı (U-15) yeniyetmələr arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi Avropa birinciliyi artıq finişə yaxınlaşıb. Bu gün birinciliyə yunan-Romaçıların həlledici görüşləri ilə yekun vurulacaq.
Maraqlıdır ki, birinciliyin son günü mübarizəyə qatılan 13 təmsilçimizdən beşi finala yüksəlib ki, bunlardan da biri - 41 kq çəkidə Azərbaycan finalı diqqət çəkir. Bu çəki dərəcəsində Əbdülrəhman Hüseynli çempionluq uğrunda finalda öz komanda yoldaşı Qurban Məcnunovla qarşılaşacaq. Həmyerlilərimizdən Xudayar Kərimov (38 kq), Amin Əsgərli (48 kq) və Maqomed Orucov (85 kq) da bu gün final görüşünə çıxacaq.
Qeyd edək ki, klassiklərdən öncə sərbəst güləşçilər və qızlar mübarizə aparıblar. Qızların əliboş vidalaşdığı Avropa birinciliyində sərbəst güləş üzrə Azərbaycan komandası 8 (1-3-4) medalla qitənin birincisi olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.