19 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

MEK-də “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib

2 il əvvəl 362 01

MEK-də “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, M.F.Axundov adına Milli Kitabxananın və ADA Universiteti Kitabxanasının direktorları, APİİ Prezident Kitabxanasının direktor müavini, həmçinin AMEA-nın elmi-tədqiqat institutlarının, ali məktəblərin kitabxana rəhbərləri iştirak edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, qonaqları akademiyanın kitabxanasında görməkdən məmnun olduğunu ifadə edib. Artıq üçüncü dəfədir ki, MEK-in iştirakı ilə kitabxana işinin aktual məsələlərinə həsr olunmuş konfransın keçirildiyini vurğulayan akademik burada AR Milli Məclisi tərəfindən bəyan olunmuş, cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş kitabxanalar haqqında qanunların, elektron sənədlərin icrasında müasir dövrün çağırışlarına uyğun olaraq aparılan işlərin geniş şəkildə müzakirə olunduğunu, bu istiqamətdə ölkənin təcrübəsinin örənildiyini və lazımlı addımların atıldığını nəzərə çatdırıb.
Akademik İsa Həbibbəyli builki konfransı xüsusi əlamətdar hesab edərək qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyevin dəmir iradəsi, böyük istedadı və qəhrəmanlığı nəticəsində nəinki 44 günlük Vətən müharibəsində tarixi bir zəfər çalındı, bundan sonrakı atılan böyük hərbi-siyasi addımlarla ölkəmizin tam ərazi bütövlüyü və tam suverenliyi təsdiq olundu: “Bu, çoxəsrlik Azərbaycan tarixinin nadir hadisəsidir və builki konfrans məhz indiki şəraitdə, Azərbaycanın tam suveren olaraq sülh müqaviləsinə doğru qətiyyətlə addımladığı bir dövrdə keçirilir. Kitabxanaçılarımız da kitabxananın ideoloji işinin əsas mərkəzi olduğunu nəzərə alaraq öz işini müstəqil Azərbaycan dövlətinin və xalqımızın milli mənafeyinə uyğun olaraq qurmalıdırlar. Kitabxana əsl azərbaycançılıq mərkəzi olmalıdır. AMEA-nın Mərkəzi Elmi Kitabxanası azərbaycançılıq, müstəqillik, dövlətçilik, tam suverenlik kimi məsələləri AMEA-nın potensialından istifadə edərək elmi əsaslarla cəmiyyətimizə çatdırmaq vəzifəsini yerinə yetirməlidir. Biz - alimlər, ziyalılar olaraq Azərbaycanın lideri Müzəffər Ali Baş Komandanın siyasətinin ideoloji əsaslarını elmi şəkildə işləyərək xalqa, cəmiyyətə həm kitabxanda, həm KİV-də çatdırılması vəzifəsini həyata keçirməyə borcluyuq.
Azərbaycanı XX əsrin böhranından çıxardan Ümimmili Lider, böyük siyasətçi Heydər Əliyev yeni inkişafın böyük təməllərini qoydu. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan dünyanın ən mühüm ölkələri sırasında olmağı bacardı. Ona görə də müasir kitabxana zamanla ayaqlaşmalı, inkişaf etmiş Azərbaycanı dünyaya göstərməlidir”,- deyə akademik İsa Həbibbəyli vurğulayıb.
AMEA-da elektron hərəkatın elan edildiyini diqqətə çatdıran akademiyanın prezidenti MEK-də həyata keçirilən elektronlaşma işlərindən danışıb, bu istiqamətdə yaranan problemləri önə çəkərək, həll yollarına, perspektivlərə toxunub və kitabxananın direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynova müvafiq tapşırıqlarını da verib.
M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov AMEA ilə Milli Kitabxana arasında uzun illərdən bəri çox gözəl əməkdaşlıq yolu gəldiklərini, bu yolu MEK ilə də birləşdirməyə hazır olduqlarını bildirib. Professor akademiyanın kitabxanası ilə bundan sonra uğurlu tərəfdaşlıq əlaqələri quraraq, birgə irəliləyib hədəflərə nail olunacağından əminliyini ifadə edib. Çıxışında professor K.Tahirov Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb və rəhbəri olduğu kitabxana adından MEK-ə “Heydər Əliyev İli” çərçivəsində Milli Kitabxananın nəşri olan “Heydər Əliyev və Milli Kitabxana” və fundamental biblioqrafik göstəricini MEK-in direktoru t.e.ü.f.d., dosent Hüseyn Hüseynova təqdim edib.
Plenar iclasda, həmçinin BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov, APİİ Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya, ADA Kitabxanasının direktoru Elçin Məmmədov, Fövqaladə hallar Nazirliyi Akademiyasının Ümumi kitabxanasının rəisi Şəlalə Həziyeva çıxış edərək konfransın aktuallığından danışıblar və iştirakçılara uğurlar arzulayıblar.
Ardınca konfrans işini “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Dəyişən sosial mühitdə kitabxanaların rolu” bölmələri üzrə iclaslarla davam edib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 1 gün əvvəl

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

John Doe 3 gün əvvəl

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 2 həftə əvvəl

Azərbaycanda birinci siniflərə açıq qəbul başlayır

Azərbaycanda birinci siniflərə açıq qəbul başlayır

John Doe 2 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın  “Qərənfil” şeiri

Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın  “Qərənfil” şeiri

John Doe 3 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com