Sabah BƏƏ-də cüdoçuların dünya çempionatı başlayır
19-23 may günlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərindəki "Mubadala Arena"da böyüklər (kişi və qadın) arasında cüdo üzrə dünya çempionatı keçiriləcək. Beş gün davam edəcək mundialda Azərbaycan da daxil olmaqla planetin 107 ölkəsini təmsil edən 658 (349 kişi, 309 qadın) tatami ustası mübarizə aparacaq. ACF-dən verilən məlumata görə, ölkəmiz mundialda ikisi qadın, doqquzu kişi olmaqla 11 tatami ustası ilə təmsil olunacaq. Bu 11-likdə qadınlardan Leyla Əliyeva (48 kq), Aceliya Toprak (57 kq), kişilərdənsə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Zəlim Tskayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Zəlim Kotsayev (100 kq) yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.