ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir.
ƏÜO-nun birləşmə, hissə və bölmələrində silah və texnikaların saz vəziyyətdə saxlanması, təlimata uyğun istifadə və istismar olunması, həmçinin mövsümə uyğun texniki qulluğun göstərilməsi ilə bağlı məşğələlər keçirilib.
Məşğələlər zamanı keçirilən dərslərdə bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılıb və mövsümi tələblərə uyğun olaraq silah və texnikalara texniki qulluğun göstərilməsi, həmçinin hissə və mexanizmlərin dəyişdirilməsi praktiki olaraq şəxsi heyətə göstərilib.
Məşğələlərdən sonra bölmələrdə avtomobil və zirehli texnikalara, aviasiya və hava hücümundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına, raket-artilleriya silahlarına, atıcı silahlara və döyüş sursatlarına planlı şəkildə mövsümi qulluğun göstərilməsinə başlanılıb.
Qeyd edək ki, texnikalara vaxtında düzgün texniki qulluğun göstərilməsi bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılmasına imkan yaradır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.