Debütant final seriyasında çempionu rəzil edib
Dünən kişi basketol klublarınin mubarizə apardığı ABL-in müntəzəm cempionatinin final seriyasında ilk oyun keçirilib. "Sərhədçi" idman arenasında baş tutan bu oyunda hazırkı ölkə çempionu "Sabah"la çempionatın debütanti olan "Xəzri" qarşılaşıb. Matç gözlənilməz nəticə ilə başa çatıb. Debütant çempionu 25 xal üstünlüklə rəzil edib - 95:70 (31:21, 23:23, 19:10, 22:16).
Matçın ən yaxşı oyunçusu adına isə dəqiq atışları ilə özünün və komandasının aktivinə 20 xal yazdıran Ceremi Maklaflin ("Xəzri") olub.
Final seriyasının növbəti oyunları 19 və 21 may günlərində keçiriləcək. Reqlamentə görə final seriyası tərəflərdən birinin 3 qələbəsinə qədər davam edəcək. Odur ki, "Xəzri" növbəti iki oyunda qalib gələ bilməsə, onda komandalar 24 və 28 may günlərində yenidən qarşılaşacaqlar.
Yeri gəlmişkən, ABL-da bürünc medal uğrunda isə "NTD-İndiqo" (Xaçmaz) və "Xırdalan" mübarizə aparır. Burada isə oyunlar seriyası iki qələbəyədək davam edəcək. İlk oyunda "NTD-İndiqo" 95:79 hesabla qalib gəlib. Əgər Xaçmaz təmsilçisi mayın 18-də təşkil ediləcək ikinci oyunda da qalib gələrsə, o zaman bürünc medalın sahibi olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.