U-15 sərbəst güləş yığmamız Avropada birinci olub
Yunanıstanın Lutraki şəhərində 15 yaşlı güləşçilər arasında keçirilən və Azərbaycan yiqmasinin da iştirak etdiyi Avropa Birinciliyində sərbəst güləşçilərin yarışına yekun vurulub. Birincilik Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev və Xəqani Süleymanovun rəhbərliyi altında Avropa çempionatına qatılan yiqmamiz 8 (1-3-4) medal və topladığı 140 xalla tarixində ilk dəfə komanda hesabında Avropanın birincisi olub. Azərbaycan komanda hesabında ən yaxın təqibçisi olan Gürcüstanı (109 xal) 31 xal geridə qoyub. Komanda hesabında ilk üçlüyü 104 xalla Türkiyə tamamlayıb.
Qazanılan medallara gəlincə, yeganə qızılı bütün görüşlərini qələbə ilə başa çatdıqdan İbrahim Həsənov (41 kq) əldə edib. Yalnız həlledici finalda büdrəyən Rəşid Nəzərov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nahid Süleymanlı (75 kq) gümüş medalla kifayətlənib. Çıxışını üçüncü yerdə başa vuran Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) bürünc medala layiq görülüb.
Çempion komandamız bu gün axşam saatlarında Vətənə dönəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.