Voleybol yığmalarımız Qızıl Avropa Liqasına başlayır
Bu gün kişi və qadın voleybol yığmaları arasında Qızıl Avropa Liqasında ilk tura (mərhələ yarışı) start veriləcək. Qeyd edək ki, ölkəmiz hər iki turnirdə iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərlik etdiyi qadın millimiz ilk turun oyunlarını 17-19 may günlərində Xorvatiyada ev sahibinə və Slovakiya yığmasına qarşı keçirəcək. Bu gün yiqmamiz saat 21:00-da Xorvatiya ilə qarşılaşacaq. Yığmamızın növbəti oyunu mayın 19-da saat 15:00-da Slovakiyaya qarşı olacaq.
Baş məşqçi Fərid Cəlilovun rəhbərlik etdiyi kişi voleybolçulardan ibarət yığmamız isə ilk turun oyunlarını (17-19 may) Bakıda keçirəcək. Rəqiblər isə Rumıniya və Ukrayna olacaq. Turun oyunları Bakı Voleybol Mərkəzində keçiriləcək. İlk oyun bu gün saat 18:00-da Rumıniya millisinə qarşı olacaq. Mayın 19-da isə yiqmamiz eyni məkanda və eyni vaxtda Ukrayna komandası ilə qarşılaşacaq.
Bakı Voleybol Mərkəzində keçiriləcək oyunlar "CBC Sport" və "İdman TV" kanalı ilə canlı yayımlanacaq.
Qeyd: Bakı Voleybol Mərkəzinə giriş azarkeşlər üçün pulsuzdur.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.