"NTD-İndiqo" ABL-ın üçüncülük seriyasının ilk matçında "Xıradalan"ı məğlub edib
Dünən kişi basketbol klublarının mübarizə apardığı ABL-ın bürünc medal uğrundakı oyunlar seriyasına start verilib. "Sərhədçi" idman arenasında baş tutan oyunda "NTD-İndiqo" (Xaçmaz) ilə "Xırdalan" qarşılaşıb. İlk görüş Xaçmaz təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 79:95 (17:23, 17:13, 23:33, 22:26).
Matçın ən yaxşı oyunçusu adına isə 25 xalla yadda qalan Eysan Uayli ("NTD-İndiqo") layiq görülüb.
Qeyd edək ki, üçüncülük uğrunda cavab oyunu mayın 18-də eyni məkanda (saat 19:30) keçiriləcək. Reqlamentə görə, cavab matçında da xaçmazlılar qalib gəlsələr, onda seriya onların xeyrinə olaraq bitmiş olacaq. Əks halda isə tərəflər mayın 21-də 3-cü dəfə qarşılaşmalı olacaqlar.
Yeri gəlmişkən, mayın 16-da isə "Sərhədçi" idman arenasında hazırki ölkə çempionu "Sabah"la çempionatın debütantı olan "Xəzri" arasında final seriyasına start veriləcək. Finalda isə 3 qələbə qazanan klub Azərbaycan çempionu olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.