Kişi voleybol yığmamızın Qızıl Avropa Liqası üçün heyəti müəyyənləşib
Mayın 17-də kişi voleybolçular arasınsa Qızıl Avropa Liqasına start veriləcək. Müxtəlif turlardan (mərhələlərdən) ibarət olan bu turnirdə Azərbaycan millisi də iştirak edəcək. Baş məşqçisi Fərid Cəlilov olan Azərbaycan komandası turnirin Bakı mərhələsindən mübarizəyə qatılacaq. Qeyd edək ki, 17-19 may günlərində Bakının ev sahibliyi edəcəyi birinci mərhələ yarışında yığmamız Rumıniya və Ukrayna komandaları ilə qarşılaşacaq.
İkinci mərhələnin (turun) oyunları 24-26 may günlərində Belçikada keçiriləcək. Həmin mərhələdə Fərid Cəlilovun yetrimələri ev sahibi və Şimali Makedoniya millisi ilə üzləşəcək. Nəhayət turnirin 3-cü mərhələsi mayın 31-dən iyunun 2-dək Estoniyada təşkil ediləcək. Həmin turda isə yığmamızın rəqibi Estoniya və Lüksemburq komandası olacaq.
Bu gün məşqçilər korpusu Qızıl Avropa Liqasında ilk dəfə çıxış edəcək yığmamızın yekun heyətini açıqlayıb. AVF-dan verilən məlumata görə, heyət belədir:
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov.
Qeyd: Yığmamız hazırda Bakı Voleybol Mərkəzində turnirə hazırlıq prosesini davam etdirir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.