AÇ-ya gedəcək millinin heyəti müəyyənləşib
22-26 may günlərində Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Beş gün davam etməklə Paris Olimpiadasına lienziya xarakterli bu çempionatda Azərbaycandan olan sinyorlar və yuniyorlar da iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, çempionatda iştirak edəcək yığmamızın (sinyorlar və yuniyorlar) heyəti müəyyənləşib. Sinyorların fərdi yarışlarda Zphrə Ağamirova (Olimpiada-2024-ə lisenziya qazanıb), Kamilla Seyidzadə və Alina Məmmədovadan ibarət trio, qrup hərəkətləri üzrə yarışda isə heyətində Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova. Güllü Ağalarzadə, Kamila Əliyeva və Darya Sorokinanın yer aldığı komandamız öz bacarığını nümayiş etdirəcək.
Həmin çempionatda yuniyorların yarışında isə ölkəmizi Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı təmsil edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.