Mariya Stadnik Olimpiada-2024-ə lisenziya qazanıb
Bununla da Azərbaycanın Paris Olimpiadasına lisenziyasının sayı 24-ə çatıb
Mayın 9-da Türkiyənin İstanbul şəhərində kişi və qadınlar arasında güləş üzrə startı verilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Dünya Olimpiya Təsnifatli turnir davam edir. Turnirin dünənə təsadüf edən üçüncü günü də Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, qadın yiqmamizin lideri, titullu idmançı Mariya Stadnik (50 kq) nəhayət ki, Paris Olimpiadasına lisenziya qazanıb.
Xatırladaq ki, turnirin yarımfinalında büdrəyən Mariya əvvəlcə bürünc medal, ardından isə lisenziya uqrunda güləşib. Xoşbəxtlikdən hər iki görüşü qələbə ilə başa vuran güləşçimiz Paris Olimpiadasına lisenziya qazanıb. Beləki, əvvəlcə bolqarıstanlı Miqlen Seliskunu 10:0 hesabla üstələyib bürünc medal qazanan titullu idmançımiz, bunun ardından isə digər bürünc medalci olan italiyalı Emanuelu Liutsini eyni hesabla üstələyib. Bununla da Paris-2024-ə qazanılan lisenziyamizin sayı 24-ə çatıb. Mariya karyerasında beşinci dəfə Olimpiadada iştirak etmək hüququ qazanıb. O, iştirak etdiyi 4 Olimpiadanın ikisində gümüş, ikisin də isə bürünc medal qazanıb.
Yekunda onu da qeyd edək ki, Azərbaycan güləş idman növündə ümumilikdə 12 lisenziya qazanıb ki, onun da altısı sərbəst güləşçilərin ( tam heyət), beşi yunan-Romaçıların, biri isə qadınların payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.