Cüdoçumuz Vüsal Qələndərzadə BD-də bürüncün bir addımlığında
Dünən Qazaxıstanın paytaxtı Astanada kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi reytinq xarakterli Böyük Dəbilqə turniri davam edir. Turnirin bu günə təsadüf edən ikinci günü daha dörd təmsilçimiz tatamiyə çıxıb. Onlardan yalnız Vüsal Qələndərzadənin (73 kq) medal qazanmaq imkanı var. ACF-dan verilən məlumata görə, ilk 4 görüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksələn cüdoçumuz burada italiyalı rəqibinə uduzaraq bürünc medal uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. O, bürünc medal qazanmaq üçün rusiyalı Maxmedbek Maxmedbekovla güləşəcək.
Təəssüflər olsun ki, bu çəkidə tatamiyə çıxan digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev isə elə startdaca büdrəyib.
81 kq çəkidə tatamiyə çıxan cudocularimizdan Ömər Rəcəbli ikinci, Məhərrəm İmamverdiyev isə ilk görüşündə uduzub.
Xatırladaq ki, turnirin ilk günü yiqmamizin üzvü Kamran Süleymanov (66 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Qeyd: Reqlamentə görə hər çəkidə ilk üç yeri tutan cüdoçu müvafiq olaraq aktivinə 1000, 700 və 500 reytinq xalı yazdırmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.