Ağcabədidə keçirilən mini futbol üzrə rayon turniri başa çatıb
26 aprel – 07 may 2024-cü il tarixlərdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektoru, YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idarə, təşkilat və müsəssisələr arasında mini futbol üzrə rayon turniri keçirilmişdir. Ağcabədi Olimpiya İdman Kompleksində 12 komandanın mübarizə apardığı turnirin final oyunu mayın 7-də baş tutmuşdur.
"AZpress.AZ" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, final oyununda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər olmaqla 600-ə yaxın ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Turnirin finalında “Qazilər” komandası ilə “Polis” komandası üz-üzə gəlib. Gərgin və maraqlı keçən oyunun sonunda “Qazilər” komandası 4:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olmuşdur. Beləliklə yekun nəticələrə əsasən turnirdə 1-ci yerə “Qazilər” komandası, 2-ci yerə “Polis” komandası, 3-cü yerə isə “40 N-li Yol istismar idarəsi”nin komandası layiq görülmüşdür. Turnirin sonunda I, II və III yeri tutmuş komandalara, eləcədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş oyunçulara təşkilatçılar tərəfindən diplom,medal, kubok və hədiyyələr təqdim olunmuşdur.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.