Samboçumuz Elvin Bağırov erməni rəqibini məğlub edərək Avropa çempionu olub
Serbiyanın Novi-Sad şəhərində böyüklər, gənclər və yeniyetmələr arasında sambo güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də (22 idmançı ) iştirak etdiyi Avropa çempionati davam edir. Qeyd edək ki, mayın 9-dan 12-dək davam edəcək çempionatın ilk günü Azərbaycanın böyüklərdən ibarət yığma komandasının iki üzvü uqurla çıxış edərək fəxri kürsüyə qalxıb. Ən yaxşı nəticəni isə Elvin Bağırov (64 kq) göstərib. O, həlledici final qarşılaşmasında erməni rəqibi Narek Dallakyani məğlub edərək, Avropa çempionu adını qazanıb.
Daha bir təmsilçimiz - Rəsul Adamirovsa (98 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Xatırladaq ki, çempionatın ilk günü böyüklər (7 nəfər), son iki günü isə yeniyetmə və gənclər (8+7) mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.