Qadın güləşçilərimizin son lisenziya şansı
Mariya Stadnik İstanbulda şansı itirməyəcək ki?
Dünən İmyunan-Romaçıların çıxışı ilə İstanbulda (Türkiyə) idman güləşi üzrə böyüklər arasında startı verilən Dünya Olimpiya Təsnifatli turnir davam edir. Bu gün isə turnirdə qadın güləşçilər mübarizə aparacaqlar. Ölkəmizi bu yarışda dördqat Olimpiya mükafatçısı (0-2-2), 11 qat Avropa çempionu adını daşıyan Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (52 kq), Alena Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolovadan (68 kq) ibarət beşlik təmsil edəcək. Bu yarış demək olar ki, indiyədək bir dənə də olsun Paris Olimpiadasına lisenziya qazana bilməyən qadın güləşçilərimiz üçün son şans olacaq.
Xatırladaq ki, turnirin start günü dörd yunan-Romaçımız çıxış edib və onlardan üçü finala çıxmaqla Olimpiada-2024-ə lisenziya qazanıb. Bununla da klassiklərimizin lisenziyasının sayı 5-ə çatıb.
Klasilərimizdən fərqli olaraq, sərbəst güləşçilərimiz mümkün 6 lisenziyanin hamısını qazanıb.
Beləliklə də, hazırda Azərbaycan güləşçilərinin aktivində 11 lisenziya var.
Yeri gəlmişkən, Olimpiya oyunlarında yunan-Romaçılar və sərbəst güləşçilər 6, qadınlar isə 5 çəki dərəcəsində çıxış edəcəklər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.