Vaqif Bəhmənli:
İki... iki... iki...
Var olan hər nə ki var, bilginən, ondan ikidi,
Qoşadı ruh tən ilə, tək deyil insan, ikidi!
Kisə vermiş canı Rəbb, doldura bilsən içini,
Yaradansan deməli, bəxti yaradan ikidi.
Qırmızı, ağ kürəcik meydanıdı hər diri can,
Damarında köpürüb buğlanan al qan ikidi.
Ora bax, Allahı gör, Göy üzünün sultanı tək,
Ata var, həm də ana – Yerdəki sultan ikidi.
Alnımızda qoşa xətt –orda “xeyir”, “şər” yazılıb,
Xilqəti xəlq eləyən bəlli nam-nişan ikidi!
Dəmbədəm “bəli”, “xeyir” hasil edən dil haçadı,
Varı yoxdan ayıran dar macal, imkan ikidi!
Kamalın varsa əgər şəxsini tut dərgaha tay,
Biri sən, bir də fəza – küllü-kəhkaşan ikidi.
Çoxluğu qoy qırağa, tünlük hələ məna deyil,
Qananı, qanmazı var, əhli-müsəlman ikidi!
Dikilib yar yoluna şeh sala sübhdən şamacan,
Ağı dibdən saralan gözdəki giryan ikidi!
Bağlıyıq başdan, ayaqdan, fələyin çarmıxına,
Cəhənnəm, cənnət ara; gorda da zindan ikidi!
Yaşayır cədd əbədi, qəm yemə taxt-tarac olur,
Bitmir əfsanələri – təxti-Süleyman ikidi.
Xain oxdan yaralı, qəlbi qırıq, taleyi kəm,
Köksünü Araz bölən Azəribaycan ikidi!
Həmdəmi qeyb olalı badə süzür cüt Vaqif,
Dərd içir dost yerinə… onda istəkan ikidi!
2023
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.