Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində konsert keçirildi
27 aprel 2024-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Kamera Orkestrinin (bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) konserti keçirildi.
Görkəmli musiqiçi, dünya şöhrətli violin ustası və dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə Bakı Kamera Orkestri və solistlər - Dmitri Sitkovetski (violin, Böyük Britaniya) və Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə dinləyicilər qarşısında çıxış etdilər. Konsert proqramında J.S.Bachın 1 saylı “Rəqs süitası”, G-dur (simlilər üçün işləyəni D.Sitkovetski), E.Blochun “Baal Shem” silsiləsindən “Nigun”, J.Haydn Violin, piano və simlilər üçün konsert F-dur və F.Mendelssohnun “Musiqili məktublar” - orqan, piano, simli kvartet və xor üçün Süitası (işləyəni D.Sitkovetski) səsləndirildi.
Tanınmış musiqiçilərin iştirakı ilə keçirilən konsert gecəsi bütün dinləyicilərin zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.