21 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. RƏSMİ XƏBƏR
Siyasət RƏSMİ XƏBƏR

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

2 il əvvəl 407 01

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli qonaqlar.

Əziz dostlar.

Bu gün Azərbaycanda dövlət səfərində olan əziz dostumuz və qardaşımız Sadır Nurqojoyeviç Japarovu salamlamağa şadıq. Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək.

İndicə münasibətlərimizin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədləri imzaladıq. Onların hər biri böyük əhəmiyyətə malikdir. Sadır Nurqojoyeviç ilə imzaladığımız Birgə Bəyannaməni xüsusi qeyd etmək istərdim.

Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.

Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Məni qardaş həmkarlarım dəvət etmişdilər. Elə bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin xarici siyasət idarələrinin başçılarının nazirlər səviyyəsində görüşünə dəvət olunmuşdu. Bütün bunlar təbiidir, çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.

Çox şadam ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil. Amma potensialın artması tendensiyası mövcuddur. Bu gün, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırdıq. Başlıca səbəb odur ki, çoxlu müraciət var. Bizə məruzə edildi ki, Qırğızıstanda investisiya layihələrinin həyata keçirilməsi üçün fonda 40-dan çox müraciət daxil olub. Ona görə də düşünürəm ki, 100 milyon dollar da son hədd deyil. Biz müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdik.

Amma bu, ticarət dövriyyəsinin artırılması üçün yeganə mexanizm deyil. Bizim investisiya siyasəti üzrə başqa formalarımız da var. Bu gün məruzə olunduğu kimi, artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb, bizə söz verildiyi kimi, o, növbəti ilin sonunda hazır olacaq.

Mən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.

Bu gün biz, həmçinin energetika, nəqliyyat sahələrini geniş müzakirə etdik. Burada da potensial görürük. Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Biz Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli etməliyik.

İkitərəfli əməkdaşlıq formatından çox danışmaq olar. Əlbəttə, bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsini xatırlamamaq olmaz. Bu gün həmkarımla qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışında iştirak edəcəyik. Bu, onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzidir.

Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Deməliyəm ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.

Hörmətli Sadır Nurqojoyeviç, bir daha xoş gəlmisiniz. Sizə, Qırğızıstandan gələn bütün dostlarımıza Azərbaycanda xoş vaxt keçirməyi arzulayıram.

Sağ olun.

x x x

Sonra Qırğızıstan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident Sadır Japarovun bəyanatı

- Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

Xanımlar və cənablar.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Azərbaycanlı qardaşlarımıza ənənəvi səmimi qonaqpərvərliyə və səmimi qəbula görə nümayəndə heyətimizin adından minnətdarlığımı bildirirəm. Biz bərəkətli Azərbaycan torpağında növbəti dəfə olmağa şadıq və gözəl Bakı şəhərinə heyranlığımızı ifadə edirik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla quran və Azərbaycan dövlətini möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevinirik.

Bu gün Azərbaycan Respublikasının hörmətli Prezidenti ilə Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində ikitərəfli əməkdaşlığın demək olar ki, bütün aktual məsələləri üzrə ətraflı danışıqlar apardıq, iki ölkənin müxtəlif nazirliklərinin rəhbərlərinin hesabatlarını dinlədik. İclasın yekunu olaraq iki ölkənin qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsinə yönəlmiş qərarlar qəbul olundu. Vurğulamaq istəyirəm ki, danışıqlar ənənəvi dostluq, şəffaflıq və etimad şəraitində keçdi. Bu da ölkələrimiz arasında qardaşlıq əlaqələrini xarakterizə edir. Görüşümüzün yekunlarına dair Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilmiş münasibətlərinin qurulması üzrə Birgə Bəyannamə imzalandı. Bu sənədin imzalanması praktikada formalaşmış ikitərəfli strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.

Biz Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyət perspektivlərini müzakirə etdik, Azərbaycan tərəfindən İssık-Kul gölünün sahilində beşulduzlu otelin tikilməsi məsələsinə toxunduq, Ağdam rayonunda Qırğızıstan tərəfindən orta məktəb binasının tikilməsini nəzərdən keçirdik. Məktəbin tikintisi Qırğızıstanın münaqişədən zərər çəkmiş regionlarda sülhün bərpasına töhfəsidir. Sabah məktəbin tikintisinə başlamazdan əvvəl onun təməlinin qoyulmasını planlaşdırırıq.

Bundan başqa, iqtisadi və humanitar əməkdaşlıq üzrə Qırğızıstan-Azərbaycan birgə hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı razılıq əldə olundu. Komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üzrə mövcud məsələlərin müzakirəsi və inkişafı üçün səmərəli platformadır. Danışıqlar əsnasında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələsində iki ölkənin qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olundu.

Bu gün müxtəlif sahələrdə daha sıx fəaliyyətə yönəlmiş ikitərəfli sənədlər imzaladıq. İmzalanan sənədlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspektivdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas Yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı ayrıca qeyd etmək istərdim. Həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi qeyd etmək istərdim ki, bu, iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir.

Biz bu həftə Bakı şəhərində Qırğız Respublikasının Azərbaycan Respublikasında keçirilən Mədəniyyət Günləri ilə möhkəmlənən mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətlə bağlı məmnunluq ifadə etdik. Dünyaşöhrətli məşhur yazıçı, qırğız xalqının və Türk dünyasının oğlu, Azərbaycan xalqının dostu Çingiz Aytmatovun xatirəsinin yad edilməsinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığımızı bildiririk. Bu gün Bakı şəhərində onun heykəlinin açılışını planlaşdırırıq.

Bu il Azərbaycanda və Qırğızıstanda Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək səviyyədə keçiriləcək qarşıdakı tədbirləri müzakirə etdik. Mən hörmətli İlham Heydər oğlunu təbrik etdim və fürsətdən istifadə edərək bütün qardaş Azərbaycan xalqını qlobal miqyaslı tədbirin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi hüququnu əldə etdiyinə görə təbrik edirəm. Həqiqətən bu, mühüm hadisədir və biz ürəkdən şadıq ki, qardaş ölkə belə irimiqyaslı tədbirə ev sahibliyi edir.

Sonda bugünkü danışıqların nəticələrindən və əldə olunmuş razılaşmalardan məmnunluğumu vurğulamaq istəyirəm. Onlar dövlətlərimizin bütün sahələrdə sıx əlaqələri inkişaf etdirmək, iki ölkənin xalqlarının maraqları naminə dostluq münasibətlərini hərtərəfli möhkəmləndirmək əzmini açıq şəkildə nümayiş etdirir.

Səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə bir daha dərin minnətdarlığımı ifadə edirəm. Azərbaycan xalqına sülh və gələcəkdə də tərəqqi arzulamaq istəyirəm.

Təşəkkür edirəm.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

John Doe 3 gün əvvəl

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib

John Doe 5 gün əvvəl

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

John Doe 6 gün əvvəl

Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

John Doe 2 həftə əvvəl

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

John Doe 2 həftə əvvəl

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com