21 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Pezeşkian müharibəni dayandırmağın yeganə yolunu göstərdi

Pezeşkian müharibəni dayandırmağın yeganə yolunu göstərdi

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Bako Saakyan aprel döyüşləri haqqında: Əməliyyatı Ermənistan Silahlı Qüvvələri həyata keçirib

Bako Saakyan aprel döyüşləri haqqında: Əməliyyatı Ermənistan Silahlı Qüvvələri həyata keçirib

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi Konfrans keçirilib

1 il əvvəl 185 01

Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi Konfrans keçirilib

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyəti”nin və Abbott şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi konfrans keçirilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov konfransı açaraq iştirakçıları salamlayıb və bildirib ki, ölkə təbabəti üçün aktual olan mövzuya həsr edilmiş bugünkü tədbirdə həm təcrübəli həkimlər, həm də həkim-rezident və tələbələr iştirak edirlər. Ceyhun Məmmədov deyib: “Hər il dünyada 1 milyon 400 mindən çox insan viruslu hepatitlərə görə həyatını itirir. 290 milyondan artıq xəstə hepatitlərdən əziyyət çəkir, bunlardan təxminən 250 milyonu hepatit B-nin, 40 milyonu isə hepatit C-nin payına düşür. Təəssüf ki,  cəmiyyətimizdə bəzən insanlar viruslu hepatit diaqnozu qoyulanda özlərini narahat hiss edirlər, bunu gizlətməyə çalışırlar. Halbuki, bu gün hepatit B-yə qarşı çox effektiv profilaktika – peyvənd mövcuddur, hepatit B və C-nin müalicəsi də bəllidir, sağalması mümkündür”.
İdarə rəisi Azərbaycanda bu xəstəliklərlə bağlı müxtəlif istiqamətlərdə aparılan işlərə toxunaraq, Səhiyyə Nazirliyinin nəzdində yaradılmış və viruslu hepatitlərdən əziyyət çəkən xəstələrə yardım göstərən, onları dərmanlarla təmin edən xüsusi komissiyanın fəaliyyətini qeyd edib. Ceyhun Məmmədov deyib: “Konfransın mövzusu Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə də sıx bağlıdır, çünki Hospitalın  Orqan transplantasiyası şöbəsində canlı donorlardan qaraciyər və böyrək transplantasiyası əməliyyatları həyata keçirilir. Bildiyiniz kimi, ən ağır qaraciyər xəstələri üçün orqan köçürülməsi bəzən son ümid və yeganə çıxış yoludur. Sevindirici haldır ki, keçən ildən qaraciyər transplantasiyası İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil edilib və hazırda bizim Hospitalda tam ödənişsiz icra edilir”.
Sonra salamlama nitqi ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov çıxış edib. O deyib: “Bu gün biz bir tibb müəssisəsi olaraq qürurla deyə bilərik ki, Mərkəzi Gömrük Hospitalı son mərhələ qaraciyər xəstəliyi və hepatitlərin müalicəsində mühüm nailiyyətlər qazanıb. Hospitalın Orqan transplantasiyası şöbəsində ən ağır psixoloji durumda olan xəstələrin və onların ailələrinin sosial tərəfdən idarə olunması prosesi tənzimlənir, artıq Hospitalda orqan köçürülməsi əməliyyatları İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində uğurla icra edilir. Mərkəzi Gömrük Hospitalının yüksək qiymətə layiq olan bu təcrübələrinin digər tibb müəssisələri ilə paylaşılması çox mühüm önəm daşıyır və bu iş hazırda genişlənməkdədir. Yəni Hospitalın əməkdaşları bu sahədə olan təcrübələrini həm də digər müəssisələrin həkimlərinə çatdırırlar”.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Mircəlal Kazımi tədbr iştirakçılarına uğurlar arzulayıb və əminliyini bildirib ki, konfransın nəticələri onu həm canlı, həm də onlayn izləyən bütün həmkarlarına faydalı olacaq. Elmi konfransda yüksək ixtisaslı mütəxəssislər tərəfindən viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom, qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı infeksiyalar barədə təqdimatlar edilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Mərkəzi Gömrük Hospitalının həkimləri: Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Mircəlal Kazımi “Son mərhələ qaraciyər yetməzliyi: qaraciyər transplantasiyası”, Efferent terapiya şöbəsinin rəisi, həkim-nefroloq Mirmənsim Məmmədov “Hepatorenal sindrom” və   həkim-infeksionist Mədinə Abdullayeva “Qaraciyər transplantasiyası sonrası infeksiyalar”, İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universiteti Bakı Filialının Daxili xəstəliklər kafedrasının dosenti, t.ü.f.d., həkim-hepatoloq Gülnarə Ağayeva “Viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər” və MedEra hospitalının həkim-infeksionisti Azər Nağıyev “Qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri”  mövzusunda çıxış ediblər.
Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçirilib. Elmi konfransda pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq, qastroenteroloq və infeksionist ixtisasına malik həkim və rezidentlər iştirak ediblər. Konfrans 4 DTT balı ilə qiymətləndirilmişdir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Ələşrəf Niftiyevin 80 illik yubileyi qeyd olunub - MASALLIDA

Ələşrəf Niftiyevin 80 illik yubileyi qeyd olunub - MASALLIDA

John Doe 1 gün əvvəl

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

John Doe 19 saat əvvəl

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

John Doe 2 gün əvvəl

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

John Doe 3 gün əvvəl

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

John Doe 2 həftə əvvəl

VIII Beynəlxalq "Dünya Xalqlarının Dastanları" Festivalı keçirilib

VIII Beynəlxalq "Dünya Xalqlarının Dastanları" Festivalı keçirilib

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com