Dirijor Azad Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirildi
18 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış dirijor Azad Əliyevin xatirəsinə həsr olunmuş təntənəli konsert keçirildi.
Konsertə başlamadan əvvəl “Musiqi tarixi” kafedrasının müəllimi Aynur İsgəndərova ön sözlə çıxış etdi.
Sonra musiqişünas Raya Abbasova Azad Əliyevi istedadlı musiqi xadimi kimi xatırlayıb, onun zəngin yaradıcılığından danışıb, musiqi mədəniyyətimizdəki böyük rolunu vurğuladı.
Tədbirdə SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, dirijor Ramiz Məlik Aslanın rəhbərliyi altında Ü.Hacıbəyli adına BMA-nın tələbə simfonik orkestrinin müşayiətilə Zemfira Əliyeva (piano), Əyyub Əliyev (violonçel), Elina Əliyeva (violin), Rəfiqə Quluzadə (piano) parlaq ifaları ilə çıxış etdilər.
İstedadlı musiqiçilərin ifasında İ.S.Bax, V.A.Mosart, R.Şuman, J.Sibelius, P.Mascagni-E.Köhler, J.Massenet, A.Piazzolla, V.Azaraşvili kimi bəstəkarların əsərləri dinləyicilərə təqdim olundu.
Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.